Unudulan Xalq artisti - Mirmehdi Ağaoğlu yazır

Unudulan Xalq artisti - Mirmehdi Ağaoğlu yazır
3 sentyabr 2021
# 17:10

Dünən RSFSR-in Xalq artisti, azərbaycanlı aktrisa Tamilla Ağamirova 93 yaşında vəfat etdi. Rus mətbuatı isə onu azərbaycanlı kimi təqdim etmədi.

Sadəcə “Bakıda doğulub” kimi bir cümlə ilə kifayətləndi. Bundan əvvəl də Tahir Salahov vəfat edəndə ruslar onun azərbaycanlı olduğunu dilə gətirməkdən çəkinmişdilər. Sanki “xancallarının” qaşı düşəcəkdi, bəlkə də düşəcəkdi...

Tamilla Ağamirova adı ola bilsin içi mən qarışıq yeni nəslə heç nə deməsin. Amma uzaq min doqquz yüz əllinci illərdə o təkcə Azərbaycanın yox, elə ittifaqın da tanınmış aktrisalarından idi. 1928-ci ildə Bakıda anadan olan aktrisa 1957-ci ildə Qriqor Kozintsovun "Don Kixot" filminə çəkilir. Bununla da uğurun qapıları onun üzünə taybatay açılır. Bir il sonra “Onun böyük ürəyi”, "Əsl dost" (1959), "Koroğlu" (1960), "Matteo Falkone" (1960), "Zəncirlənmiş adam" (1964), "Yenilməz batalyon" (1965) kimi filmlərdə rol alır.

1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının aktrisası olan Tamilla xanım, həyatını da teatrın bədii rəhbəri Nikolay Sliçenko ilə bağlayır və ömrünün sonuna qədər Moskvada yaşayır. İllər ötdükcə aktrisasının da vətənlə əlaqəsi öləziyir. Baxmayaraq ki, özü müsahibələrindən birində 60 ildir Bakıdan ayrı düşsə də həmişə ona məhəbbət bəslədiyini söyləsə də, bu illər ərzində bir dəfə də vətənə gəlməməyində görünür özünün də ərincəkliyi olub. Yoxsa Bakıya gəlməyə nə var ki? “Romen” teatrının qastrolunu təşkil elə, gəl. Bundan asan məsələ? Görünür Tamilla xanımı Bakıya üz çevirməyə vadar edən başqa səbəb də olub.

Amma məni başqa bir məsələ maraqlandırır: Ağamirova Azərbaycanın Əməkdar artisti adını 1960-cı ildə, 32 yaşında alıb, yəni məşhurluğunun zirvə vaxtında. O vaxtdan bu yana isə nə ad alıb, nə də xatırlanıb.

Rober Osseyni zorla azərbaycanlı eləməklə deyil ki, “halal” azərbaycanlını burdan-bura unuduruq.

Halbuki onu unutmaya bilərdik. Lazım gəlsə əlamətdar tədbirlərdə Bakıya da dəvət edilərdi. Hələ üstəlik 1988-ci ildə RSFSR-in Xalq artisti adını alan aktrisaya, rəmzi də olsa bir də Azərbaycanın Xalq artisti adı da verilərdi, varlığa nə darlıq.

Nəticədə Tamilla Ağamirova adı da unudulmazdı, gənc nəslə də nəsə deyərdi.

Bəlkə onda rus mətbuatında da yiyəsiz, kimsəsiz kimi görünməyimizin bir səbəbi azalardı.

lent.az

# 7333 dəfə oxunub

Oxşar xəbərlər

“Fotoqrafiya sənəti” üzrə tədris proqramı - Azərbaycanda ilk dəfə

“Fotoqrafiya sənəti” üzrə tədris proqramı - Azərbaycanda ilk dəfə

18:00 1 sentyabr 2026
Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açıldı

Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açıldı

17:30 1 sentyabr 2026
Borçalı aşıqlarının sənət dünyası təqdim olunacaq

Borçalı aşıqlarının sənət dünyası təqdim olunacaq

17:00 1 sentyabr 2026
"Satın alınması mümkün olmayan qadınlar adama çox baha başa gəlir..." - Fransua Moriak

"Satın alınması mümkün olmayan qadınlar adama çox baha başa gəlir..." - Fransua Moriak

16:00 1 sentyabr 2026
Tanınmış modelyerin sərgisi ləğv edildi - Səbəb

Tanınmış modelyerin sərgisi ləğv edildi - Səbəb

15:40 1 sentyabr 2026
Kamal Abdullanın romanı Türkiyədə çap olundu

Kamal Abdullanın romanı Türkiyədə çap olundu

15:20 1 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər