"Ağrı “işlənməli” və yumora çevrilməlidir..." - Nobel mükafatçısından sitatlar

"Ağrı “işlənməli” və yumora çevrilməlidir..." - Nobel mükafatçısından sitatlar
1 sentyabr 2026
# 14:15

Bu gün fransalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Anni Ernonun doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Ağrı “işlənməli” və yumora çevrilməlidir.

***

O mənə öyrədir ki, dünya üzərinə atılmaq və zövq almaq üçün yaradılıb və burada geri çəkilmək üçün qətiyyən heç bir səbəb yoxdur.

***

Anlayıram ki, mən özümün bir parçasını bir daha heç vaxt qayıtmayacağım bir yerdə qoyub gəlmişəm.

***

Heç vaxt yazmışamsa, gözəl göründüyü üçün və ya təntənəli cümlə xatirinə yazmamışam. Mənim seçdiyim tək şey – tam yerində işlənmiş cümlədir.

***

Bəlkə də həyatımın əsl məqsədi bədənimin, duyğularımın və düşüncələrimin yazıya çevrilməsidir; başqa sözlə desək, başqalarının həyatı və şüuru ilə qaynayıb-qarışaraq onların içində əriyən anlaşıqlı və ümumbəşəri bir gerçəkliyə dönməsidir.

***

Uşaq vaxtı dəbdəbə dedikdə kürklər, axşam geyimləri və dəniz kənarındakı villalar nəzərdə tutulardı. Sonralar isə zənn edirdim ki, bu, intellektual həyat tərzi sürmək deməkdir. İndi isə hiss edirəm ki, dəbdəbə həm də bir kişiyə və ya qadına olan sevgini bütün ehtirasınla yaşaya bilməkdir.

***

Mən həzz almağı gələcək bir ağrı kimi yaşamışdım.

***

Mən özümdən ədəbi bir varlıq düzəltməyə başladım – elə biri ki, sanki bütün yaşadıqları gec-tez qələmə alınacaqmış kimi ömür sürür...

***

Öyrənilmiş bir şeyin gələcəyini əvvəlcədən görmək qeyri-mümkündür.

***

Hava-su kimi yayılmış qeyri-müəyyən və böyük bir yaratmaq arzusu vardı. Hamı hansısa sənədlə məşğul olduğunu deyir və ya bunu planlaşdırırdı. Onların razılaşdığına görə, bütün məşğuliyyətlər bərabər idi və rəsm çəkmək və ya fleyta çalmaq əvəzinə, hər zaman psixoanaliz vasitəsilə özünü yenidən yaratmaq olar.

***

Yaddaşıma həkk olunmuş, o dövrdə mənə ya dözülməz dərəcədə ağır, ya da ovutmağa qadir elə cümlələr olub ki, indi sadəcə onları xatırlamağın özü məni ya dəhşətə, ya da şirin bir hüznə qərq edir. İndi həmin cümlələrin hər birini xəyalımda canlandırmağa çalışacağam.

***

O, nə o ümidsizlik hissinə, nə də bayram günlərində – həmin o köhnə şəkildəki həyətdə dayanarkən, ağacların arxasından gələn səsgücləndiricinin səsi eşidiləndə, musiqi ilə reklamlar anlaşılmaz bir xaosa qarışanda içini bürüyən o duyğuya bir ad tapa bilmir. Sanki o, şənlik yerindən kənarda dayanıb, əvvəlki nədənsə birdəfəlik ayrılıb.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 75 dəfə oxunub

Oxşar xəbərlər

"Sən bilən, qocalar niyə tez dururlar?" - "Qoca və  dəniz" əsərindən bir hissə

"Sən bilən, qocalar niyə tez dururlar?" - "Qoca və dəniz" əsərindən bir hissə

13:00 1 sentyabr 2026
Ekskursiya - Orxan Həsəninin yeni hekayəsi

Ekskursiya - Orxan Həsəninin yeni hekayəsi

12:00 1 sentyabr 2026
Bulud xatun və Beyrək - Kamal Abdullanın yeni hekayəsi

Bulud xatun və Beyrək - Kamal Abdullanın yeni hekayəsi

17:00 31 avqust 2026
Balaca qara balıq - Səməd Behrənginin hekayəsi

Balaca qara balıq - Səməd Behrənginin hekayəsi

14:30 31 avqust 2026
Yağmursuz havalar - Saday Budaqlının hekayəsi

Yağmursuz havalar - Saday Budaqlının hekayəsi

11:30 30 avqust 2026
Uşaq və inanc - Nəcib Məhfuzun hekayəsi

Uşaq və inanc - Nəcib Məhfuzun hekayəsi

10:00 30 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər