Sizi ən yaraşıqlı sayan adamı necə tapmalı?

Sizi ən yaraşıqlı sayan adamı necə tapmalı?
12 noyabr 2019
# 21:00

Kulis.az həyatda hamıya lazım ola biləcək psixoloji priyomların siyahısını təqdim edir.

Qrupda hamı eyni vaxtda gülürsə, hər kəs daha simpatik hesab etdiyi adama baxır. Yaxud özünə yaxın görmək istədiyi adama baxır.

Qarşınızda görüləsi vacib iş var, amma siz əsəbisiniz. Sakitləşmək üçün saqqız çeynəyin, yaxud ümumiyyətlə nəsə yeyin. Belə siz sakitləşə biləcəksiniz, çünki şüuraltı olaraq, yemək yeyilən an təhlükəsizliklə assosiasiya edilir.

Kimsə sizin üstünüzə qışqırırsa, sakitliyinizi qoruyun. Bəlkə də siz bununla qarşınızdakını daha çox əsəbiləşdirəcəksiniz, amma sonra o dərin günah hissi keçirəcək.

Qarşınızdakının cavabı sizi qane etmirsə, onun yarımçıq cavab verdiyini düşünürsünüzsə, sualı yenidən verməyin. Sadəcə onun gözünün içinə diqqətlə baxın. Bu halda o davam etməyə məcbur qalacaq.

Sən demə, təkcə emosiyalar mimikaya təsir etmir. Həmçinin əksi baş verir. Özünüzü xoşbəxt hiss etmək istəyirsinizsə, durduğunuz yerdə gülümsəyin.

Çox mühüm bir iş görüşməsi zamanı, hesab edin ki, müsahibə götürən – sizin köhnə dostunuzdur. Bu zaman siz özünüzü sərbəst aparacaqsınız və gərginliyiniz azalacaq.

Əvvəl böyük şeylərdən imtina etmiş insanlar kiçik şeylərdə güzəştə getməyə meyllidirlər.

Əgər siz gün ərzində insanlarla çox işləmək məcburiyyətindəsinizsə, arxanızda bir güzgü yerləşdirin. İnsanlar özlərini daha nəzakətli aparacaqlar - axı heç kəs özünü qəddar görmək istəmir.

Əgər siz yığıncaqda kimdənsə kəskin tənqid gözləyirsinizsə, həmin insanın yanında oturmağa çalışın. Bu halda o ehtimal ki, yumşalacaq və sizə qarşı güclü davrana bilməyəcək.

İlk görüşü elə yerdə keçirmək lazımdır ki, həmin yerdən müsbət emosiyalar ala biləsiniz. Nəticədə xoş təəssüratlar sizinlə assosiasiya ediləcək.

# 7934 dəfə oxunub

Oxşar xəbərlər

“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

13:00 25 sentyabr 2026
Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı

Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı

12:30 25 sentyabr 2026
Dərisini soydular, amma susdura bilmədilər – İmadəddin Nəsiminin edamının arxasındakı gizli səbəblər

Dərisini soydular, amma susdura bilmədilər – İmadəddin Nəsiminin edamının arxasındakı gizli səbəblər

12:00 25 sentyabr 2026
“Gün keçdi” filmində özünü çəkmişdi – Arif Babayevin gizli tənhalığı

“Gün keçdi” filmində özünü çəkmişdi – Arif Babayevin gizli tənhalığı

11:30 25 sentyabr 2026
Xavyer Bardem müğənni Pinkin UNICEF səfirliyindən məhrum edilməsini tələb etdi

Xavyer Bardem müğənni Pinkin UNICEF səfirliyindən məhrum edilməsini tələb etdi

10:30 25 sentyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:07 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər