Şəhriyar Del Gerani evə buraxıldı

Şəhriyar Del Gerani evə buraxıldı
16 iyun 2020
# 17:53

Bir neçə gün əvvəl koronavirusa yoluxan şair Şəhriyar Del Gerani müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Kulis.az xəbər verir ki, bu barədə şair özü facebook səhifəsində məlumat paylaşıb. O, müalicəsini həyata keçirən həkimlərə və səhhəti ilə yaxından maraqlanan, qayğısını əsirgəməyən şəxslərə minnətdarlığını bildirib:

“Dünənki təkrar müayinədən sonra "Yeni Klinika” tibb müəssisəsinin direktoru Dr. Pərviz Abbasov tərəfindən səhhətim asimptomatik dəyərləndirildi və ambulator müşahidəyə göndərildim. Bu gündən etibarən ev şəraitində özümü bir müddət izolyasiya etməliyəm.

Səhhətimdə yaranmış problemdən dolayı ilk günlərdən diqqətini əsirgəməyən, hər gün hal-əhval tutan, olduğum klinikalarda həkimlərlə əlaqə saxlayıb bu misilsiz qayğını öz işinin tərkib hissəsi bilən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevə sonsuz təşəkkürlərimi və minnətdarlığımı bildirirəm. Habelə, REAL TV-nin baş direktoru Mir Şahin Ağayevə, Mətbuat Şurasının Sədri Əflatun Amaşova, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlıya, ÜST-nın ölkəmizdəki nümayəndəsi Dr. Turanə Rəsulovaya, "Yeni Klinika"nın peşəkar və mükəmməl işçi heyətinə göstərdikləri dəstəyə görə təşəkkürlərim sonsuzdur.”

Hazırda ev şəraitində müalicəsinin davam etdiyini bildirən Şəhriyar Del Gerani özünü yaxşı hiss etdiyini qeyd edib:

“Məndən dolayı narahat olan, nigaran qalan bütün oxuculara, dost-doğma adamlara Eşqlər! Mənəvi dəstəyiniz, dualarınız əvəzsizdir. Allah hər daim sizinlə olsun. Bəli, "Covid 19"-la mübarizədən qalib ayrıldım. Amma dünyada və doğma məmləkətimizdə bu görünməz düşmənlə mübarizə davam edir. Bütün düşünər insanlar kimi mən də özümü bu mübarizənin əsgəri hesab edir və bütün müstəvilərdə bu möhtəşəm xalqa xidmət etməyi özümə şərəf bilirəm. Allah bütün xəstələrimizə şəfa versin, mübarək diyarımız Azərbaycan bu amansız sınaqdan üzüağ, minimum itkiylə çıxsın. Sağlam və səadətli ömür diləyirəm hamıya. Özünüzə yaxşı baxın. Eşqlər!”

# 4031 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər