Polad Həşimovun xatirəsinə film çəkiləcək

Polad Həşimovun xatirəsinə film çəkiləcək
24 iyul 2020
# 13:29

Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə Qarabağ həqiqətlərindən bəhs edən bədii film çəkiləcək. “Komandir” adlı filmin ssenarisi artıq hazırdır.

Bu barədə filmin ssenarinin müəllifi, rejissor Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Qarabağ müharibəsinə həsr olunan, eləcə də bu müharibədən əvvəl də ermənilərin Azərbaycana qarşı qara əməllərindən danışan ”Komandir" adlı filmin redaktoru Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadədir.

Cəlaləddin Qasımov qeyd edib ki, filmin ssenarisi real hadisələrə əsaslanıb. Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır.

O deyib ki, saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş etdiriləcək: “Azərbaycan xalqının qəhrəman oğlu, general-mayor, Qarabağ müharibəsində şəhid olmuş Polad Həşimovun əziz xatirəsinə həsr edilən “Komandir” bədii filmi ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımları, vəhşilikləri ekrana çıxarmaqla bunu bir daha dünya tamaşaçılarının mühakiməsinə verəcək”.

Qeyd edək ki, Cəlaləddin Qasımov son illərdə ”Şollerin arxivi" adlı bədii və bir neçə sənədli, o cümlədən “100 il şərəfli ömür”, “Nobel qardaşları” və sairə filmləri ilə tanınır. Onun “Şollerin arxivi" filmi onlarla beynəlxalq festivalda medal qazanıb. İnanırıq ki, “Komandir” filmi də müəllifə uğur gətirəcək. /azertag.az/

# 3357 dəfə oxunub

Oxşar xəbərlər

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər