Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər

Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
11 avqust 2020
# 17:39

“Şərq-Qərb” nəşriyyatı rəssam və animatorlar üçün müsabiqə elan edir.

Kulis.az xəbər verir ki, nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlının verdiyi məlumata görə, müsabiqə uşaqlarda kitaba marağın artırılması, mütaliə həvəsinin gücləndirilməsi məqsədilə rəssam və animatorlar arasında Yeni nağıl qəhrəmanı – müasir simvolik personajın yaradılması üzrə aparılacaq.

Yeni nağıl qəhrəmanı – müasir simvolik personaj yaradılarkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

Orijinal olmalı, başqa məşhur nağıl qəhrəmanlarına, obrazlara bənzəməməlidir;
- Uşaqlar tərəfindən sevilməli, ilk baxışdan etibarən onlarda maraq doğurmalı, müsbət emosiyalar yaratmalıdır;
- Bundan sonra yaradılacaq əsərlərdə, nağıllarda, ssenarilərdə, filmlərdə, animasiya filmlərində, televiziya verilişlərində və sosial şəbəkələrdə əsas obraz kimi çıxış etmək üçün yararlı və universal olmalı, üçüncü şəxsin əqli mülkiyyət hüququnu pozmamalıdır.

Təqdim edilən əsərlər tanınmış incəsənt xadimlərindən ibarət Münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və 3 yer üzrə mükafatlandırılacaq:

I-ci yer: 3000 AZN (1 nəfər)
II-ci yer: 1000 AZN (2 nəfər)
III-cü yer: 500 AZN (3 nəfər)

Əsərlər elektron formatda [email protected] ünvanına və ya kağız şəklində Bakı ş., Aşıq Ələsgər küç., 17, “Şərq-Qərb” ASC ünvanına göndərilməlidir. Müəllif haqqında qısa məlumat (ad, soyad, atasının adı, ünvan və əlaqə nömrələri) əlavə edilməlidir.
Əsərlərin qəbulu avqustun 15-dən oktyabrın 15-ə qədər davam edəcək. Müsabiqənin nəticəsi 16 noyabr 2020-ci il tarixində elan olunacaq.

# 5318 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər