Musiqili Teatrın əməkdaşları mükafatlandırıldı

Musiqili Teatrın əməkdaşları mükafatlandırıldı
30 iyun 2021
# 10:21

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 111-ci mövsümə yekun vurulub, il ərzində yaradıcılıq uğurları ilə seçilən, teatrın inkişafında xidmətləri olan əməkdaşlarının bir qrupu mükafatlandırılıb.

Tədbir teatrın ənənəvi mükafatlandırma mərasimlərindən bir qədər fərqli olaraq “Zoom” proqramı ilə həyata keçirilib.

Vətən Müharibəsində canlarını fəda etmiş qəhrəmanlarımızın, o cümlədən teatrın işiqçısı, şəhid Əliağa Məmmədovun əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirin aparıcıları – Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə və istedadlı aktrisa Mehriban Zaliyeva teatr kollektivinin İkinci Qarabağ Müharibəsi zamanı arxa cəbhədə də yorulmaz fəaliyyətindən, yaradıcılıq əzmindən söz açıblar.

Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu tədbirin ilk dəfə belə formatda təqdim olunmasına diqqət çəkərək ötən bir il ərzində yaradıcı insanların qarşılaşdığı bütün maneələrdən, eləcə də çətinliklərin fonunda qazanılan uğurlardan danışıb: "Dünyanı cənginə alan pandemiya teatrların düzəninə olduqca mənfi təsir etdi. Amma buna baxmayaraq kollektivimiz ən sərt karantin dönəmində, eyni zamanda 44 günlük Vətən Müharibəsi günlərində belə yorulmadan, əzmlə çalışdı və fəaliyyətimizlə Ali Baş Komandanın ətrafında həmrəyliyimizi bir daha sübut etdik. Biz bu tarixi dönəmdə bir daha əmin olduq ki, birliyimizlə daha çox nailiyyətlər əldə edə bilərik. Bu tədbirdə də əsas məqsədimiz teatrda çalışan gənclərin gələcək fəaliyyətlərinə stimul verməkdir".

Mükafatlandırma mərasimində teatrın mühafizə xidmətinin kollektivi və nümunəvi xidməti ilə seçilən əməkdaşları – quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Samir Qulamov, tanınmış aktyorlar – Emil Heydərov, Nicat Əli, Zaur Əliyev, bədii quruluş hissə müdiri Qabil Gözəlov, quruluşçu operator və montajçı Hikmət Şahverdizadə, mətbuat katibi Fəridə Aslanova, orkestr artisti Firuzə Nəcəfli mükafata layiq görülmüşlər.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov və “Səssiz dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aida Səfərova da mükafatlandırılıblar.

Mərasimdə həmçinin Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi “Büllur alma” mükafatı da təqdim olunub; “Mövsümün ən işgüzar rejissoru” – teatrın quruluşçu rejissoru Samir Qulamov və “Vətən müharibəsində göstərdiyi şücaətə görə” balet artisti Murad Ağayev “Büllür alma”nın sahibi olublar.

Sonda teatrın gənc və istedadlı solistləri – Hidayət Əliyev və Nigar Qarayeva vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

Mükafatlandırma mərasiminin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Qeyd edək ki, tədbirin videoyazısı iyul ayının 4-də saat 19:00-da teatrın rəsmi “Feysbuk” səhifəsində nümayiş olunacaq.

# 3050 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər