Müasir Dramaturgiya Müsabiqəsi elan edilir

Müasir Dramaturgiya Müsabiqəsi elan edilir
2 mart 2020
# 19:51

“Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsi elan edilib.

APA-nın məlumatına görə, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və “British Council Azərbaycan”ın dəstəyi ilə təşkil olunub.

Müsabiqənin adı bu il 150 illik yubileyi dövlət səviyyəsində qeyd edilən görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Köhnə dudman” əsərindən iqtibas olunub. Müsabiqənin ideyası da bu paradoksda – “yeni” və arxaik “dudman” sözlərinin vəhdətindədir.

Müsabiqənin əsas məqsədi teatr sənətinin populyarlaşdırılması, ilk növbədə yeni pyes müəlliflərinin aşkar edilməsi, habelə Azərbaycan teatr ənənələri kontekstində, ölkədə baş verən yenilikləri əks etdirən dram əsərlərinin yazılmasıdır.

“Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsi tədris proqramı, dramaturgiya müsabiqəsini və pyeslərin teatrallaşdırılmış oxunuşunu özündə ehtiva edir.

Tədris proqramı çərçivəsində aprel-may aylarında yerli və xarici mütəxəssislər iştirakçılar üçün teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş mövzularda mühazirələr oxuyacaq, dram təlimçiləri isə dram əsərinin yazılma metodları haqqında praktiki seminarlar aparacaqlar. Teatr haqqında mühazirələri rejissorlar, dramaturqlar, teatr tənqidçiləri və teatrşünaslar oxuyacaq. Praktiki ustad dərslərini (drama-treninqləri) isə peşəkar dramaturqlar aparacaq. Dramaturgiya ilə bağlı treninqlər nəzəriyyə, ümumi və fərdi söhbətlər, əks əlaqə üzərində qurulmuş təcrübi tapşırıqlar üzrə intensiv məşğələlər formasında keçiriləcək. Təlimlərin yekununda iştirakçılara öz pyeslərini yazmağa vaxt veriləcək. Onlar peşəkar dram təlimçiləri ilə sıx əlaqədə mətn üzərində işləyəcəklər.

Dramaturgiya müsabiqəsi mərhələsində iştirakçılar öz pyeslərini müsabiqəyə təqdim edəcəklər. Pyeslər müsabiqəyə üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Oxunuş və quruluş üçün pyeslərin tərcümə variantından istifadə ediləcək.

Üçüncü mərhələdə, müsabiqənin yekununda təqdim olunan pyeslərin teatrallaşdırılmış oxunuşu və müzakirəsi təşkil olunacaq. Münsiflər heyəti əsərləri qiymətləndirəcək və festivalın üç qalib pyesini seçəcək. Uğur qazanmış pyeslərin 2021-ci ildə dövlət sifarişi ilə teatrlarda tamaşaya qoyulması nəzərdə tutulur.

“Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsinin iki ildən bir təşkil olunması planlaşdırılır.

Müsabiqədə iştirak edə bilər: 16 yaşdan 50 yaşa qədər hər bir Azərbaycan vətəndaşı.

Müsabiqədə iştirak edə bilməz: Daha əvvəl pyesi tamaşaya qoyulan şəxslər.

Son qeydiyyat günü: 15 aprel 2020-ci il.

İştirak etmək istəyənlər [email protected] e-mail adresinə özləri haqqında informasiya göndərə bilər. Əlaqə: (012) 598-53-16.

# 2757 dəfə oxunub

Oxşar xəbərlər

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

13:00 21 sentyabr 2026
Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

12:30 21 sentyabr 2026
Alim Qasımov:  "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

Alim Qasımov: "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

12:18 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər