Kəramət Böyükçölün yeni romanı çıxdı - Foto

Kəramət Böyükçölün yeni romanı çıxdı - Foto
18 iyun 2021
# 12:08

Gənc yazar Kəramət Böyükçölün yeni romanı işıq üzü görüb.

Kulis.azın verdiyi xəbərə görə, “Əlqəmə” adlı roman reallıqları qəbul edə bilməyən bir insanın, eyni zamanda yazıçının başına gələn hadisələrdən bəhs edir. Həyatda öz yerini tapa bilməyən, ailə, qadın, sevgi, iş münasibətlərində daim uğursuzluğa düçar olan Əlqəmənin birdən-birə qazandığı şöhrətin arxasında dayanmağa da gücü çatmır. Daim depressiya, ünvansız bir darıxmaq, özünü axtarmaq...

O, Qaraçöpdə babasıgilin damından təsadüfən tapdığı əlyazmanın iki səhifəsini öz yazıçı təxəyyülünün süzgəcindən keçirib yeni bir roman yazmağa başlayır. Bundan sonra Əlqəmə kimlərsə tərəfindən izləndiyini hiss edir və buna görə onsuz da narahat olan həyatının qorxusu, həyəcanı bir az da artmağa başlayır. Əvvəldən dostluq münasibətləri olan akademik Salman Ozançı bu əsərdən sonra onun həyatına yeni obraz kimi daxil olur. Asudə, Təkqol da Əlqəmənin təsadüfən qarşısına çıxmış əlyazmanın hələ çap olunmamış səhifələridir. Hüdudsuz təfəkkür zənginliyi hətta Əlqəmənin öz qətlini, tabutunu, meyitini belə gözünün qarşısında canlandırır.

Müəllifin bildirdiyinə görə, o, bu kitabının da satışını özü təşkil edəcək.

May be an image of Kəramət Böyükçöl and text that says "Karamat Böyükçöl aLQaMa Karamat Böyükçöl 1987-ciild ilda doğulub. Dövlat Universitetinin filologiya fakültasini bitirib. Müallifin daha avvel "Çöl", "Sakkizinci gün" romanları, "Mani tapa bilar?" "hekaya hekayatler kitabı olunub. aLQaMa roman Iqama fotoaparatı yere qoyub afildan ayağa qalxdı. Olini uzadıb yaxınlıqdakı şkafın siyirmasindan 200 dollar çıxardı. Asudanin göbayinin üsta qoydu, beş-alt dafa sağdan-soldan üstdan şakillerini çakdi. Pulu aşağı-yuxarı sürüşdürdü. şakillari çakanda Asudadan gözlarini saxlamağı hardan allariila üzünü veracek adisaya etiraz allarini üçün tutmasını, arasına şakillerin ewebre aşağı dollara Bütün süjetli bir Asuda 200 Birinci pul verirdilar. Ehtirasın qalxmağında pulla 2001371014632 QANUN NOŞRİYYATI 431-16-62 wwwwqa.m saytında b.com/qanunpublishing www.instagram.com/qanunpublishing Karamat Böyükçöl P"

# 4686 dəfə oxunub

Oxşar xəbərlər

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

13:00 21 sentyabr 2026
Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

12:30 21 sentyabr 2026
Alim Qasımov:  "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

Alim Qasımov: "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

12:18 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər