İlin ən yaxşı romanı seçildi

İlin ən yaxşı romanı seçildi
11 may 2020
# 17:02

Misirin qadın yazıçısı Rem Bəssyuneyin Əyyubilər sülaləsinin süqutundan sonra məmlüklər tərəfindən qurulan türk sultanlığından bəhs edən “Rəiyyət oğulları: Məmlük trilogiyası” əsəri ilin ən yaxşı romanı elan edilib.

Roman ədəbiyyat üzrə Misirin ən yüksək Naqüb Məhfuz mükafatına layiq görülüb və ərəb ölkələrində ən çox satılan kitab olub. Misir Mədəniyyət Nazirliyi nəzdində Ali Mədəniyyət Şurası tarixi romanı yüksək qiymətləndirib.

Misirdə və Yaxın Şərqdə Əyyubi sultanlarının köləsi olan (məmlük “ağ kölə” deməkdir) və 267 il hökmranlıq etmiş məmlüklərin maraqlı tarixini çox maraqlı bədii çalarlarla oxuculara təqdim edən Rem Bəssyuney üç ilə yaxın müddətdə araşdırmalar aparıb və qiymətli əsər ərsəyə gətirib. Sultan Həsən məscidində ilahiyyatçı alimlərlə də tarixi faktları öyrənən yazıçı ilk məmlük sultanı zamanından Osmanlı işğalınadək olan dövrü trilogiyaya sığdırıb. “Mən çalışmışam ki, oxuculara tarixi anlamaqda kömək edim, həmin dövrdə sosial məsələlərdən tutmuş, insanların məişətini, düşüncələrini çatdırım”, -deyə müəllif qeyd edib.

Ədəbi tənqidçilər və tarixçilər Qahirə Amerika Universitetinin sosiologiya üzrə professoru olan yazıçının əsərini Misir və İslam aləmi tarixinə və ədəbiyyatına töhfə kimi xarakterizə ediblər. /azertag.az/

# 3675 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər