Hessenin esselər kitabı Azərbaycan dilində

Hessenin esselər kitabı Azərbaycan dilində
22 iyul 2020
# 13:54

Azərbaycan Yazıçılar Birliyinin və "Ulduz" jurnalının ortaq layihəsi olan "#ulduzlu nəşrlər" seriyasından onuncu - "Kitab xəstəsi" adlı kitab işıq üzü görüb.

Kulis.az xəbər veri ki, bu seriyaya Nobel mükafatı laureatı Herman Hessenin kitab, mütaliə, ədəbiyyat haqqında ən dəyərli 19 essesi daxil edilib. Esseləri yazıçı-tərcüməçi Xanım Aydın tərcümə edib.

"Kitab oxumaq barədə", "Kitab xəstəsi", "Roman oxumaq", "Kitabın sehri", "Mütaliə barədə", "Sevimli mütaliə", "Aşkarlanmamış xəzinə", "Kitabların əldə edilməsi və oxunması", "Dünyəvi böhran və kitablar", "Kitabların tozunun alınması", "Şeirlər haqqında", "Ədəbiyyatçının iş günləri", "Novalis", "Raritet", "Ucuz kitablar", "Yataqda mütaliə", "Şair", "Gənc şairə", "Tolstoy və Rusiya" kitaba daxil edilmiş esselərdir.

Məlumat üçün bildirək ki, sözügedən layihənin rəhbəri Qulu Ağsəs, kitabın redaktoru Fərid Hüseyn, dizayneri Zahid Məmmədovdur. Kitab "Təhsil" nəşriyyatında çap olunub.

Gallery

# 2734 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər