Haqverdiyevlə Üzeyir bəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Haqverdiyevlə Üzeyir bəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
22 sentyabr 2020
# 16:29

Qazaxıstanın paytaxtı Nur-Sultanda yerləşən Beynəlxalq Türk Akademiyası (BTA) oktyabrın 2-də “Türk dünyası ədəbi, mədəni və ictimai-siyasi həyatının fədailəri: Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyli” adlı beynəlxalq onlayn videokonfrans təşkil edəcək.

Kulis.az xəbər verir ki, tədbir Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamına, Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının bu ilin yanvar ayında Bakı şəhərində keçirilmiş son iclasında qəbul edilən fəaliyyət planına uyğun olaraq həyata keçirilir.

UNESCO ilə sıx əməkdaşlıq şəraitində keçiriləcək konfransda BTA-ya üzv ölkələrin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan) müvafiq nazirliklərinin rəhbər şəxslərinin, dünyanın müxtəlif ölkələrindən görkəmli elm adamları, ictimai xadimlər, səfirlər, beynəlxalq təşkilat rəhbərlərinin iştirakı və məruzəsi nəzərdə tutulur.

Beynəlxalq Türk Akademiyasının hazırladığı, ilk dəfə qazax dilində nəşr edilən və Azərbaycan Xalq Cümhuriyyəti haqqında faktların, tarixi xəritələrin, sənədlərin yer aldığı “Azərbaycan Xalq Cümhuriyyəti - 100” kitabının da konfrans çərçivəsində təqdimatı olacaq.

# 3334 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər