Fransada muzeylər açılır

Fransada muzeylər açılır
8 iyun 2020
# 10:02

Fransada muzeylər yenidən ictimaiyyətə açılır. Koronavirus epidemiyasına görə muzeylər fəaliyyətlərini yeni qaydalar əsasında davam etdirəcəklər.

Fransa tarixinin rəmzlərindən olan Versal sarayı iyunun 6-dan öz qapılarını yerli ziyarətçilərə açacaq. Epidemiyaya görə 82 gün təcrid olan sarayın iqtisadi baxımdan çətin vəziyyətdə olduğu bildirilir.

Versal sarayı rezervasiya ilə saatda 500 nəfər olmaqla gün ərində 4500 ziyarətçi qəbul edəcək. Halbuki əvvəlki illərdə saray gün ərzində 27 min ziyarətçini qəbul edib.

Əvvəllər özünü 87 faiz maliyyələşdirən sarayın maliyyəsinin 70 faizi bilet kassalarından gəlib. Versal sarayının ildə qəbul etdiyi səkkiz milyon ziyarətçinin 80 faizi xarici ziyarətçilərin payına düşür ki, onların da 30 faizi amerikalı və asiyalı turistlərdən ibarət olub.

Qeyd edək ki, 1939-cu ildə müharibə başlayanda qapılarını bağlayan saray cari ildə qapılarını yenidən bağlamaq məcburiyyətində qalıb. Sosial təcrid rejimi müddətində sarayda təmizlik işləri aparılıb. /azertag.az/

# 3257 dəfə oxunub

Oxşar xəbərlər

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

18:30 7 may 2026
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər