Evlilik duyğuların zibil qutusudur – Dahilər ailə haqqında nə deyir?

Evlilik duyğuların zibil qutusudur – Dahilər ailə haqqında nə deyir?
28 yanvar 2021
# 17:19

Kulis.az dünyaca məşhur yazar və filosofların evliliklə bağlı söylədiyi fikirləri təqdim edir.

Servantes
Həyat yoldaşı seçmək kitab seçməyə bənzəyir. Yaxşı işlənmiş bir cild diqqətinizi cəlb edə bilər, lakin içərisindəkilər etibarlı olmadığı müddətdə axıracan oxumaq çətindir.

Jan. B. Molyer
Eşq xoşbəxtliyini evləndikdən sonra da davam etdirə bilsəydik dünya cənnət olardı.

Jan Jak Russo
Evlilik qəfəsə bənzəyir: içindəkilər çıxmaq üçün, çölündəkilər girmək üçün çabalayır

Ledi Meri Monteqyu
Evlilik lotereya oyunudur: kişilərin azadlığını, qadınların xoşbəxtliyini qoyar!

Sokrat
Nəyin bahasına olur-olsun evlənin. Arvadınız yaxşı çıxsa xoşbəxt, pis çıxsa filosof olacaqsınız.

Volfqanq Van Göte
Ailə həyatında ara-sıra dalaşmaq lazımdır. Çünki insanlar bir-birini ancaq belə anlayarlar.

Andre Morua
Xoşbəxt evlilik qısa görünən uzun bir söhbətə bənzəyir.

Bernard Şou
Qadının işi mümkün qədər tez evlənmək, kişinin işi isə mümkün qədər evlənməməkdir.

Vudi Allen
Evlilik ümidin ölümüdür.

Sidney Veb
Evlilik duyğuların zibil qutusudur.

# 5561 dəfə oxunub

Oxşar xəbərlər

II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

15:00 21 sentyabr 2026
Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər