Dünya şöhrətli rokçunun gitarası satışa çıxarıldı

Dünya şöhrətli rokçunun gitarası satışa çıxarıldı
14 may 2020
# 09:30

“Nirvana” rok qrupunun yaradıcısı mərhum Kurt Kobeynin akustik gitarası ABŞ-da 1 milyon dollar civarında hərraca çıxarılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Julien's Auctions” hərrac evi öz saytında yazıb.

Məlumatda qeyd olunub ki, “Julien’s Auctions” hərrac evi Kurt Kobeynin 1959-cu il istehsalı olan “Martin D-18E” akustik gitarasını təqdim etdiyi üçün qürur hissi keçirir. Beverli-Hillsda onlayn şəklində keçiriləcək lot hərrac evi üçün ən mötəbər hadisələrdən biri sayılır.

Qeyd edək ki, satışa çıxarılan gitara 1993-cü ilin noyabrın 18-də Kurt Kobeynin “MTV Unplugged” konsertində istifadə etdiyi gitarasıdır. Sözü gedən konsert ifaçının müəmmalı ölümündən beş ay əvvəl baş verib. Konsertin video və audioversiyası 1994-cü ildə artıq K.Kobeynin ölümündən sonra buraxılıb. Bu “Nirvana”nın ən məşhur səsyazması hesab olunur. Sonradan “Unplugged in New York” adı altında çıxan bu albom 1996-cı ildə Amerikanın “Grammy” mükafatlandırılmasında “Ən yaxşı alternativ albom” nominasiyasını qazanıb.

# 3377 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər