Çağdaş alman romanı Vilayət Hacıyevin tərcüməsində - Yeni nəşr

Çağdaş alman romanı Vilayət Hacıyevin tərcüməsində - Yeni nəşr
28 yanvar 2021
# 17:36

Almaniyanın ən çox sevilən müasir yazıçılarından biri olan Daniel Keelmanın “Dünyanın arşını” romanı Azərbaycan dilində çap olunub.

Kulis.azın verdiyi xəbərə görə, “Teass-Press” nəşriyyatında işıq üzü görən kitabı dilimizə tanınmış tərcüməçi Vilayət Hacıyev çevirib.

Qeyri-adi, fantaziya ilə dolu, təsirli bir roman olan “Dünyanın arşını”nda Keelman iki dahinin, alman maarifçiliyinin iki böyük nümayəndəsinin – riyaziyyatçı Karl Fridrix Qauss və təbiətşünas Aleksandr fon Humboldtun həyatını, arzu-istəklərini, zəif cəhətlərini, onların gah sadəlövhlüyün, gah da dahiliyin zirvəsinə ucalmasını, uğursuzluqlarını və uğurlarını təsvir edir.

İlk baxışda macəra təsiri bağışlayan “Dünyanın arşını” romanı dərin fəlsəfi mahiyyət kəsb edir və Aleksandr fon Humboldtla Karl Fridrix Qaussun şəxsində yalnız alman ziyalısının tipik milli xüsusiyyətlərini canlandırmır, eyni zamanda insanları düşündürən bir sıra mətləbləri gah yumorla, gah da ciddi təhkiyə tərzi ilə ön plana çəkir.

Romanı Libraf kitab mağazasından əldə edə bilərsiniz.

No description available.

# 3720 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər