Benzinin bahalaşmasına haqq qazandıran millət vəkilləri – Sərdar yazır...

Benzinin bahalaşmasına haqq qazandıran millət vəkilləri – Sərdar yazır...
16 sentyabr 2021
# 13:15

Ölkədə benzin yenə bahalaşdı.

Benzinin bahalaşması zəncirvari bütün məhsulların və ödənişlərin məbləğinə təsir edəcək, sadə dillə desək, hər şey bahalaşacaq.

Bu informasiyaya “benzinin qiymətində dəyişiklik oldu”, “Aİ-95 və Aİ-98 markalı benzinin qiymətində bahalaşma baş verdi” deməklə nə qədər don geyindirmək istəsələr də, reallıq yerində durur: Benzin bahalaşdı və bu bahalaşma hər şeyin qiymətinə təsir edəcək!

Həmişəki kimi...

Qiyməti qaldıran qurumlar, bahalaşmaya don geyindirməyə çalışan millət vəkilləri barı mərdanə şəkildə bunu desələr, camaat da özünü aldanmış sanmaz.

Millətin diaqnozunu bilməyən vəkillər var və onlar elə bilirlər ki, “benzinin qiymətində dəyişiklik baş verdi” deyəndə Azərbaycan xalqı söhbətin nədən getdiyini bilməyəcək. Bu xalq bazar, alver məsələlərində zirvələr fəth edib, elə ölkəmizin ən yüksək zirvəsinin adının da “Bazardüzü” olması təsadüfi deyil, biz 4466 metr hündürlükdə də ticarət edə bilirik. 50 millətin qaynaşdığı Rusiya bazarlarında kartondan od qalayıb əllərimizi qızdıran kimi, bazarda vəziyyəti anlayır, bir anda bazarın ən funksional, çox qazanan adamına çevrilirik.

Hörmətli vəkillər, kimin vəkili olmağınızdan asılı olmayaraq, bizim adama pulda ata bilməzsiniz.

Özünüzü urvatdan salmayın!

Təbii, regionda siyasi vəziyyət gərgindir, belə bir situasiyada dövlətin siyasət işində bulunmaq, xidmət etmək çətindir. Ancaq biri var sizə “etmə” deyiləni etməyəsiz, biri var “et!” deyiləni edəsiniz, biri də var, sizə bir söz deyən yoxdur, boşuna üzünüzün suyunu tökürsünüz, dövlətə xidmət etdiyinizi düşünüb qan-qarğış sahibi olursunuz...

Benzinin qiyməti artanda “dövləti nəzərə almaq lazımdır, 15 qəpiklə heç kim kasıblamaz" deyən adam dövləti müdafiə etmiş olmur, əksinə, xalqda dövlətə qarşı inamsızlıq yaradır.

Bu sözü demək, millət vəkilinin müdafiə etdiyi struktura hörmətsizlikdir!

Məsələn, qiymət artımı zamanı danışan digər deputat Vahid Əhmədov lazım olanı deyir. O, yaxşı bilir ki, ən böyük biclik düzlükdür:

“Aİ-98” az işlənsə də, “Aİ-95” çox işlənən yanacaqdır. Tələbatın çox olduğu yanacağın qiymətini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur. Benzini il ərzində neçə dəfə bahalaşdırmaq olar?”

Vahid Əhmədov onu da yaxşı bilir ki, hətta belə bir şəraitdə də ən doğrusu həqiqəti olduğu kimi deməkdir. Onsuz da, xalq çox yaxşı bilir ki, benzinin qiyməti artıb və bu çətin vəziyyətdə qiymət artımı absurd hadisədir. Millət əmin olduğu sözü yüksək tribunadan eşidəndə, heç olmasa, ona hörmət eləyən bir vəkilin olduğunu düşünür, toxtayır:

“Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzağa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir”.

Məsələ budur ki, politoloq, siyasət adamı olmaq, bütün siyasi rejimlərdə vicdanı qorumaq, o möhkəm çərçivələr daxilində ləyaqətini saxlamaq, ədaləti mümkün qədər əldən verməməkdir. Millət vəkili institutu, parlament xalqın idarəçilikdə iştirakının ən vacib təminatlarından biridir.

Düzdür, konstitusiyamıza görə hakimiyyətin yeganə mənbəyi xalqdır. Ancaq etiraf edək ki, parlament bütün ölkələrdə var və bu struktur daha çox xalqın tərəfindən çıxış edir, aiddiyyatı qurumların qəbul edəcəyi bütün qərarlarda xalqın yanında olur, bu qərarları mümkün qədər əhalinin xeyrinə uyğunlaşdırmağa çalışır.

Yəni çətin situasiyalarda əziyyəti daha çox hakimiyyət çəkməli, xalq daha rahat yaşamalıdır.

Daha millətin vəkili xalqın başını piyləməyə cəhd göstərməli deyil.

İllah da bu cəhdlər əks effekt verirsə...

# 5415 dəfə oxunub

Oxşar xəbərlər

Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

20:17 4 sentyabr 2026
Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

18:40 4 sentyabr 2026
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

17:23 4 sentyabr 2026
Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

16:40 4 sentyabr 2026
Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi

16:20 4 sentyabr 2026
"Dünyanın tanıdığı tək Karmen..." - Fidan Hacıyevanın konsert proqramından reportaj

"Dünyanın tanıdığı tək Karmen..." - Fidan Hacıyevanın konsert proqramından reportaj

16:00 4 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər