Azərbaycanlı rəssam əsərlərini pulsuz paylayacaq

Azərbaycanlı rəssam əsərlərini pulsuz paylayacaq
16 dekabr 2019
# 15:30

Tanınmış rəssam, yazar Fərhad Yalquzaq əsərlərini pulsuz çəkəcək.

Kulis.az-ın verdiyi xəbərə görə, F.Yalquzaq bu barədə öz facebook profilində məlumat yayıb.

“2014-cü ildə bir aksiya keçirib 85 tablomu demək olar ki, pulsuz camaata paylamışdım. Məqsəd imkanı az olan insanlarımızın evində də rəsm əsərlərinin olması, ümumiyyətlə evlərin divarlarından rəsm əsərlərinin asılmasını təbliğ etmək idi. O zaman çoxsaylı minnətdarlıq məktubu aldım. Sonra isə, bildiyiniz kimi bir sürə sivilizasiyadan uzaqlaşıb dağlarda yaşadım. İndi yeni bir ideyam var: materialını özü alıb gətirən hər bir insan üçün bir tablo işləyəcəyəm.

F.Yalquzaq daha sonra bunları əlavə edib:

“Bu sizin üçün hazır tablo almaqdan qat-qat ucuz başa gələcək (hazır tablolarımın qiyməti ölçüsünə görə 300-2000 azn arasındadır). 5-6 tübik rəng, bir "Troynik" qarışdırıcı və çərçivəyə çəkilmiş hazır kətanın qiyməti isə 50 azn civarındadır. Gətirdiyiniz kətan üzərində işləyib özünüzə qaytaracağam. Məqsəd həm sizi sevindirmək, həm də öz sənətimi təbliğ etməkdir. Yeni tanışlıqlar, dostluqlar da qazanmaq öz yerində. Paylaşın ki, çox adam bu fürsətdən yararlansın. P.S. Yalnız yaradıcı işlər olacaq və sifarişlər qəbul olunmayacaq.”

# 2720 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər