Azərbaycanın Rusiya ilə birgə çəkdiyi "Fəridə" filmi təqdim olunacaq- Fotolar

Azərbaycanın Rusiya ilə birgə çəkdiyi  "Fəridə" filmi təqdim olunacaq- Fotolar
16 may 2020
# 10:05

“Narimanfilm” kinostudiyası “Fəridə” tammetrajlı bədii filmin istehsalını başa çatdırıb.

Kulis.az Azərbaycan Kinematoqrafçılar İttifaqına istinadən xəbər verir ki, 1994-cü ildə təsis edilən, müxtəlif diapazonlu və büdcəli layihələrin həyata keçirilməsində rol oynayan “Narimanfilm” kinostudiyası, bu dəfə Sankt-Peterburq Yeni Kino Məktəbi ilə əməkdaşlıq edərək “Fəridə” filmini çəkib.

Filmin mövzusuna əsasən hadisələr Azərbaycanın Xınalıq kəndindən başlayaraq Rusiyanın Sankt-Peterburqa şəhərində cərəyan edir. Belə ki, Fəridə adlı gənc qadın həyat yoldaşı Muradı axtarmaq məqsədilə Sankt-Peterburq şəhərinə üz tutur. Muradın harada olduğu haqqında heç bir məlumata malik olmayan qadın böyük şəhərdə bir çox çətinliklər yaşayır ki, nəticədə də onun bütün həyatı alt-üst olur.

Gallery

Dram janrında lentə alınan filmin əsas çəkilişləri Sankt-Peterburq şəhərində aparılıb. Filminin premyerasının 2020-ci ilin yay aylarında Bakıda keçirilməsi planlaşdırılır.

Filmin ssenari müəllifi və rejissoru Kseniya Laqutina, operatoru Dmitriy Naqovskiy, səs rejissoru Aleksandr Demyanov, prodüseri Nəriman Məmmədovdur.

Gallery

Rollarda iştirak edirlər: Məryəm İbrahimova, Abdukərim Nasirov, Dilya Ulaşeva və b.

Gallery

# 4663 dəfə oxunub

Oxşar xəbərlər

Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər