Aysel Əlizadə yazarlara çağırış etdi: “Bu təklifimə qoşulun”

Aysel Əlizadə yazarlara çağırış etdi: “Bu təklifimə qoşulun”
21 iyun 2021
# 11:01

“Türkiyədə yazarların paradını görəndən içimdə məni heç tərk etməyən arzu doğuldu. Kaş bizdə də olardı.”

Bu sözləri kitabın təbliği ilə bağlı fikirlərini Kulis.aza açıqlayan yazar Aysel Əlizadə söyləyib. O, daha sonra əlavə edib:

“İllərdir, çağdaş Azərbaycan ədəbiyyatı öz növbəsini gözləyir. Hesab edirəm ki, ölkə olaraq ən önəmli işi görmüşük. Ərazi bütövlüyümüzü bərpa etmişik. Şuşanın mədəniyyət mərkəzi elan edilməsi Azərbaycanda böyük mədəni prosesin başlanğıcı ola bilər. Vaqif Poeziya Günlərinin bərpa edilməsi, məktəb tikilməsi planı, Şuşaya mədəniyyət xadimlərinin büstlərinin açılışı ilə ayaq basmamız mədəniyyət ölkəsinə çevrilməmizə yol açır. Bu proses Şuşada Kitab Evinin yaradılması ilə davam etsə, dünya bizim mədəniyyətə, kitaba bağlı ölkə olduğumuzu görər. Bəzən, təkcə silahla deyil, kitabla da qalib olmaq mümkündür. Bəzən də silahın edə bilmədiyini kitab edə bilir. Təklif edirəm, Şuşada Kitab Evinin açılışı olsun. Kitab festivalı, yazarların paradı keçirilsin. Dünyaca tanınmış yazarları, nobelçiləri ölkəmizə dəvət edək, kitab günləri keçirək. Bu, əsl mədəniyyət hadisəsi olar. Bütün zamanlarda ölkələrin mədəni səviyyəsi orada olan kitab evlərinin, kitabxanaların, muzeylərin sayı ilə ölçülür. Bizim belə bir ölkə olmaq potensialımız yüksəkdir. Hər kəsi bu təklifimə qoşulmağa dəvət edirəm.”

# 3928 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

13:46 4 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər