Avropa İttifaqı Azərbaycanda ilk virtual mədəniyyət festivalı keçirəcək

Avropa İttifaqı Azərbaycanda ilk virtual mədəniyyət festivalı keçirəcək
5 may 2020
# 18:55

Avropa İttifaqı (Aİ) Azərbaycanda ilk virtual mədəniyyət festivalını reallaşdıracaq.

Bu barədə APA-ya Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin mətbuat xidmətindən bildirilib.

Avropa inteqrasiyası tarixinin bir parçası olan “Şuman Bəyannaməsi”nin 70 illik yubileyi münasibətilə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi bloka üzv dövlətlərin ölkəmizdəki səfirlikləri ilə birlikdə ilk dəfə rəqəmsal formatda 4-cü IMAGINE Avro Tolerantlıq Festivalını keçirəcək.

Nümayəndliyin mətbuat xidməti bildirib ki, koronavirus (COVID-19) səbəbindən bu il IMAGINE Avro Tolerantlıq Festivalı ənənəvi formatda keçirilməyəcək, lakin əvəzində müxtəlif mədəniyyət tədbirlərini Azərbaycan evlərinə gətirən virtual formatda Festival keçirmək qərara alınıb.

IMAGINE Avro Tolerantlıq Festivalı 2020-ci ilin bu buraxılışında əvvəlcədən Bakıda olmuş və ya 2020-ci ildə ziyərət etməyi planlaşdırmış dünyanın müxtəlif yerlərindən olan bir neçə musiqi qrupu, musiqiçilər və müğənnilər Bakı və Azərbaycana “Bakı üçün Bir Mahnı” adlı xüsusi musiqi proqramı təqdim edəcəklər. Bu musiqi proqramı “Avropa Günü” və ya “Şuman Günü” kimi tanınan 9 mayda canlı yayımlanacaq. Mayın 12-də Çili-Belçikalı olan tenor və soprano saksafon ifaçısı və bəstəkar Marselo Monkadanın canlı konserti, mayın 15-də isə dünyanın fərqli yerlərindən olan musiqiçilərin birlikdə ifa edəcəyi “Brasilidade” qrupunun konserti olacaq.

Festival çərçivəsində mayın 9-da keçiriləcək “İdeyalar Forumu”nda dünyanın müxtəlif yerlərindən olan fəallar, mütəfəkkirlər, ekspertlər “Covid-19 Avropanı və beynəlxalq əlaqələri necə formalaşdırır?” mövzusunda öz fikirlərini bölüşəcəklər.

Virtual sərgilər zamanı Fransa, Hollandiya və Rusiyadan olan tanınmış fotoqraflar peşəkar həyatlarında çəkdikləri ən vacib fotoları təqdim edəcək və bu fotoların arxa planını izah edəcəklər.

Festivalda həmçinin özünü təcrid və karantin dövründə avropalı rejissorlar tərəfindən çəkilən, karantinin yaradıcılığı məhdudlaşdıra bilmədiyini sübut edən unikal eksperimental filmlərin kiçik bir hissəsi nümayiş olunacaq.

Festivalda konsertlər, debatlar, master-klasslar, poeziya tədbirləri, incəsənət sərgiləri, film nümayişləri olacaq.

# 3596 dəfə oxunub

Oxşar xəbərlər

Bukingem sarayından Diananın qardaşına sərt bəyanat

Bukingem sarayından Diananın qardaşına sərt bəyanat

14:00 23 sentyabr 2026
1914-cü il nəslinin rəssamlarına aid layihə təqdim olundu

1914-cü il nəslinin rəssamlarına aid layihə təqdim olundu

13:30 23 sentyabr 2026
"Öpəcək heç kəs yoxdursa, siqaret əvəzolunmazdır..." - Ziqmund Freyddən sitatlar

"Öpəcək heç kəs yoxdursa, siqaret əvəzolunmazdır..." - Ziqmund Freyddən sitatlar

13:00 23 sentyabr 2026
44 bədii filminin "Biz bir ailəyik" adlı yeni tizeri yayımlandı

44 bədii filminin "Biz bir ailəyik" adlı yeni tizeri yayımlandı

12:44 23 sentyabr 2026
2026-cı il "Buker" mükafatının qısa siyahısı açıqlandı

2026-cı il "Buker" mükafatının qısa siyahısı açıqlandı

12:31 23 sentyabr 2026
Amerikalı fotoqraf qaradərili kovboyların izində - Fotolar

Amerikalı fotoqraf qaradərili kovboyların izində - Fotolar

12:30 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər