Venesiya, Tellurayd və Toronto beynəlxalq film festivallarının yekunlaşması ilə 2027-ci il "Oskar" mükafatlarının "Ən yaxşı film" kateqoriyası üzrə iddialı ekran əsərlərinin ilkin siyahısı formalaşıb.
Kulis.az xəbər verir ki, "Vanity Fair" nəşrinin ekspertləri tərəfindən hazırlanan təhlilə əsasən, bu mərhələdə yeddiyə yaxın ekran işi mübarizədə ön sıraya keçib.
Xüsusilə Toronto Film Festivalında "Xalqın seçimi" mükafatını qazanan "Netflix" istehsalı, ispan dilində çəkilmiş "La Bola Negra" filmi ciddi sıçrayış edib.
Venesiya Film Festivalında Con Malkoviçə "Ən yaxşı kişi rolu" mükafatını qazandıran Martin Makdonanın "Wild Horse Nine" filmi və Cessi Ayzenberqin Culyanna Murun iştirakı ilə ərsəyə gətirdiyi "The Debut" dram-komediyası da əsas iddiaçılar sırasındadır.
Bununla yanaşı, Kannda "Qızıl Palma Budağı"na layiq görülən Norveç filmi "Fjord", Venesiyada Böyük Münsiflər Heyətinin Mükafatını qazanan Li Çan-donun "Possible Love" ekran əsəri və Pedro Paskalın baş rolda oynadığı "Behemoth!" filmlərinin də "Oskar" yarışında mövqelərini möhkəmləndirəcəyi gözlənilir.
2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar
Oxşar xəbərlər
Payızın ilk “Ulduz”u
14:30
30 sentyabr 2026
Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat
13:30
30 sentyabr 2026
Rəssam Əkrəm Tağıyev vəfat etdi
12:45
30 sentyabr 2026
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq
12:40
30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq
12:20
30 sentyabr 2026
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb
11:00
30 sentyabr 2026