Payızın ilk “Ulduz”u

Payızın ilk “Ulduz”u
30 sentyabr 2026
# 14:30

“Ulduz”un sentyabr sayı Ruslan Dost Əlinin “Özüylə söhbəti və şeirləri” ilə açılır.

Kulis.az xəbər verir ki, “Nəsr” Tamara Vəliyevanın “Beynimin kinolentində ilişib qalan xatirələr”, Nəzrin Məmmədlinin “Səs gəlmir artıq bu otaqdan” hekayələrini təqdim edir.

“Esse”də “Ərzi-əsri-hal-namə”siylə Qulu Ağsəs, “Çalıquşu, Atatürk və bağlanan qapılar”la Leyla Səmədova, “Bu mənəm”lə Lamiə Nazimqızıdır.

“Tərcümə saatı”nda Cəlil Cavanşirin tərcüməsində alman yazıçısı Volfqanq Borxertin “Ancaq siçanlar gecələr yatırlar” hekayəsini oxuya bilərsiniz.

“Müsahibə”də Pərvanə Eyvazqızının həmsöhbəti Bahəddin Həzi “Bütün arzuların heç də çin olmaq haqqı yoxdur”, – deyir.

“Şeir vaxtı”nda Arzu Əyyarqızı, Gülayə Şınıxlıdır.
“

Tribuna”da Röya Rəcəbova “Hüquqi şahidlikdən kosmik şahidliyə: “Ayın şahidliyi” hekayəsində susma və mənəvi məsuliyyət problemi”ndən yazır.

“Türk eli”ndə “Xarıbülbülün kölgəsində sözün yurdu” yazısı ilə Musa Kazım Arıcandır.

“Anım”da Yəhya Abbasov Qoca Xalidin “Seçmə şeirlər” tərcümə kitabından – “Tərcümə dilinin xəlqilik təbiəti”ndən bəhs edir.

“Təbriz eli”ndə “Gözəllik, azad Vətən bayrağının öpüşüdür” yazısıyla Pərvanə Məmmədlidir.

“Ulduz”un bu sayında “Məhsətilərin söhbəti: 12:21”, Pərvanə Bayramqızı, Nadir Qüdrətoğlunun şeirləri yer alır.

“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” VII yazısını təqdim edir.

“Dərgidə sərgi”də fotolarıyla Ramil Yunusdur.

# 46 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

13:30 30 sentyabr 2026
Rəssam Əkrəm Tağıyev vəfat etdi

Rəssam Əkrəm Tağıyev vəfat etdi

12:45 30 sentyabr 2026
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

12:20 30 sentyabr 2026
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər