"Xəmsə möcüzəsi" müsabiqəsinə start verildi

"Xəmsə möcüzəsi" müsabiqəsinə start verildi
16 yanvar 2021
# 11:15

Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib.

Nazirlikdən Kulis.az-a bildirilib ki, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan müsabiqə fevralın 18-dək davam edəcək. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri vasitəsilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaqdır. Dahi şairin “Xəmsə”sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri-tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir.

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 2 nominasiya – “Bədii qiraət” və “Təsviri-tətbiqi sənət” üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqədə Azərbaycanda və digər türkdilli dövlətlərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edə bilərlər.

“Bədii qiraət” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

- İştirakçı yaş qrupuna müvafiq olaraq müsabiqəyə yalnız bir şeir təqdim edə bilər;

- Şeirin müddəti 3-5 dəqiqədən çox olmamalıdır;

- Videogörüntü telefon, planşet və ya kamera ilə çəkilə bilər;

- Videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır;

- İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır;

- İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınmalıdır.

“Bədii qiraət” nominasiyası üzrə işlər fevralın 11-dək [email protected] elektron poçt ünvanına və (+994) 050-497-97-55 "WhatsApp" nömrəsinə göndərilməlidir.

“Təsviri-tətbiqi sənət” üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

- İşlərin işlənmə texnikası sərbəstdir;

- İşlərin formatına məhdudiyyət qoyulmur;

- İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı, təqdim etdiyi işin adı və işlənmə texnikası qeyd olunmalıdır.

"Təsviri-tətbiqi sənət” nominasiyası üzrə işlər fevralın 11-dək [email protected] elektron poçt ünvanına və (+994)050-367-47-04 "WhatsApp" nömrəsinə göndərilməlidir.

Qeyd edək ki, müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif olunacaqlar. Qalib işlər sosial şəbəkələrdə, o cümlədən digər media qurumlarında geniş işıqlandırılacaq.

# 2586 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər