"Azdrama"da yeni tamaşa

"Azdrama"da yeni tamaşa
10 mart 2020
# 19:00

Akademik Milli Dram Teatrında “Filumena Marturano” tamaşasının məşqləri davam edir.

Akademik Milli Dram Teatrından Kulis.az-a verilən məlumata görə “Filumena Marturano” məşhur italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanır. Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqsləri quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.

Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.

Tamaşada xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano), Ramiz Novruz (Domeniko Soriano), Cəfər Namiq Kamal və aktyor Cümşüd Zeynalov (Alfredo Amorozo), aktyorlar Ləman İmanova (Rozaliya Solimene), Fəridə Şahbazova və Güney Əkbərova (Diana), Firuzə Balayeva (Luçiya – qulluqçu), Elnur Qədirov (Umberto), Corc Qafarov (Rikkardo), Vüsal Mustafayev (Mikele), Cavidan Novruz (Noçella – vəkil), əməkdar artist Sevinc Əliyeva (Terezina – dərzi) və aktrisa Xədicə Novruzlu (Ofisiant – Terezinanın qızı) çıxış edirlər.

Qeyd edək ki, Eduardo de Filippo bu məşhur əsəri 1946-cı ildə qələmə alıb. Elə həmin il Neopldakı Politeama teatrında tamaşanın dünya premyerası keçirilib. Tamaşa Filumena Marturano adlı qadının zəngin kişi Domeniko Soriano ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.

# 3814 dəfə oxunub

Oxşar xəbərlər

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər