Rusiyanın əfsanəvi teatr aktyoru vəfat etdi

Rusiyanın əfsanəvi teatr aktyoru vəfat etdi
21 noyabr 2026
# 13:22

Rusiyanın əfsanəvi teatr aktyoru, Əməkdar artisti Vladimir Ustinov 84 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə aktyorun 1974-cü ildən çalışdığı Ryazan Gənc Tamaşaçılar Teatrı məlumat yayıb.

Yaradıcılıq yoluna Permdə başlayan sənətkar 50 ildən artıq səhnə fəaliyyəti dövründə komediyadan faciəyə qədər geniş diapazonda 80-dən çox yaddaqalan obraz yaradıb.

Həmkarları teatr əfsanəsini təkcə böyük səhnə ustası kimi deyil, həm də hər zaman dəstək olmağa hazır olan həssas və həyatsevər insan kimi xatırlayırlar.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər