“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı

“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı
21 noyabr 2026
# 12:59

Disney şirkəti Makoley Kalkin, Set Rogen və Evan Qoldberqin iştirakı ilə “Evdə tək” filminin yeni hissəsinin hazırlanması üzərində ilkin mərhələdə işlərə başlayıb.

Kulis.az xəbər verir ki, “Variety” jurnalının məlumatına görə, orijinal filmin ulduzu Makoley Kalkin, Set Rogen və Evan Qoldberqlə birlikdə ssenari müəllifi kimi çıxış edəcək, sonuncu ikisi isə “Point Grey” şirkəti vasitəsilə layihəyə prodüserlik edəcək.

Süjet xətti və digər aktyorlar barədə təfərrüatlar hələlik gizli saxlanılır, Disney isə məsələyə şərh verməkdən imtina edib.

Qeyd edək ki, 1990-cı ildə ekranlara çıxan ilk filmdə Kevin Makkallister obrazını canlandıran Kalkinin franşizaya qayıdışı ilə bağlı şayiələr onun bu yaxınlarda “McDonald's”ın Milad reklamında həmin obrazda görünməsindən sonra yenidən güclənmişdi.

# 51 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər