Məşhur aktyor evində ölü tapıldı

Məşhur aktyor evində ölü tapıldı
2 fevral 2014
# 23:34

Mənşhur Amerika aktyoru Filip Seymur Hoffman evində ölü tapılıb. Kulis.Azın xarici mətbuat orqanlarına istinadən verdiyi məlumata görə polis vanna otağında qolunda iynə ilə tapılan Hoffmanın yüksək dozada narkotik maddə qəbul etdiyinə görə “overdoz”dan öldüyünü bildirib.

Əvvəlllər narkotik maddə asılılığından müalicə alan 46 yaşlı aktyor Nyu-Yorkun Manhetten bölgəsində bir binanının dördüncü mərtəbəsində qalırdı.

Hoffman 2006-ci ildə “Kapote” filmindəki oyununa görə “Ən yaxşı kişi aktyor” nominasiyasında Oskar mükafatı qazanmışdı.

# 3235 dəfə oxunub

Müəllifin son yazıları

# # #