APA TV yayıma başladı

APA TV yayıma başladı
29 may 2013
# 09:41

APA Holding” MMC-yə daxil olan APA TV bu gündən yayıma başlayıb.

APA-nın məlumatına görə, televiziyanın əsas məqsədi tamaşaçılara on-line xəbər xidməti göstərmək, maraqlı verilişlər, yeni layihələr, reportajlar, telearaşdırmalar və digər maraqlı proqramlar təqdim etməkdir.

Televiziya hər saatın tamamında 10 dəqiqəlik xəbər buraxılışı təqdim edəcək.

APA TV-də müxtəlif səpkili ictimai-siyasi, sosial mövzuları əks etdirən verilişlər də yayımlanacaq.

Kanal “Səhər-səhər”, “Manşet”, “Sosium”, “Panoram”, “Bizim şəbəkə”, “İlqar Rəsul və...”, “Müharibə adamı” və s. maraqlı verilişlərlə tamaşaçıların görüşünə gələcək.

Televiziya baş direktor və Yaradıcılıq Şurası tərəfindən idarə olunur.

APA TV-nın baş direktoru Eldəniz Vəliyevdir.

Qeyd edək ki, televiziyanı www.apa.tv saytında izləmək olar

# 2528 dəfə oxunub

Müəllifin son yazıları

# # #