Yoxluq - Sülhiyyə Şirinovanın hekayəsi

Yoxluq - Sülhiyyə Şirinovanın hekayəsi
21 aprel 2026
# 13:00

Kulis.az Sülhiyyə Şirinovanın "Yoxluq" adlı qısa hekayəsini təqdim edir.

Qadın başını köynəyin sinəsinə qoyub qoxusunu içinə çəkdi. Qolları ilə özünü qucaqlayıb gözünü yumdu.

Ayılanda köynək boynuna dolanmışdı. Boynundan açıb qoxladı. Yataqdan qalxan kimi ilk işi köynəyi ütüləyib şifonerdən asmaq oldu. Hər səhər köynəyi ütüləyər, ayda bir dəfə yuyardı.

Evin qapısına yaxınlaşıb yoxladı. Açılmamışdı. Qapıya keçirdiyi kağız yerindəydi. Hər axşam qapını kilidləyib açarı çıxarırdı.

Mətbəxə keçdi. Stoldakı biri təmiz, digəri çirkli fincanlara toxunulmamışdı. Pəncərənin ağzındakı göy, yarısından aşağı tünd çay ləkəli fincan da oradaydı. Götürüb qoxladı. Qoxusu qalmamışdı.

Saatın əqrəbləri bir il əvvəlki vaxtı göstərirdi. O gedən saatı…

Yadına düşdü ki, bu gün ətir almalıdır. Evdəki kişi ətri bitmişdi.

# 201 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər