"Porno filmə baxanda onu yadına salıb kövrəlmişdi" - Bəhruz Tağızadə

"Porno filmə baxanda onu yadına salıb kövrəlmişdi" - Bəhruz Tağızadə
17 yanvar 2026
# 10:00

Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının dördüncü hissəsini təqdim edir.

(Üçüncü hissə burada)

Cincilimgil Bakıya qayıtmağa hazırlaşırdılar. Şaiq evdə yox idi. Gülər bacısına kənddən pay göndərmək üçün təzə qatıq və nehrə yağı almağa getmişdi. Könka, Tosu, Kənan bağda və bostanda pay aparmaq üçün meyvə tərəvəz yığırdılar. Cincilim mənimlə baxışsın deyə, hazırlaşmaq bəhanəsi ilə artırmada qalmışdı. Şıpıgildə Şıpı tək idi. Ona da məhləyə göz-qulaq olmağı tapşırmışdım. Cincilim və məndən başqa heç kim yox idi. Hətta söhbət də edə bilərdik. Mən əncir ağacında durduğum yerdə durdum. Cincilim də öz yerində dayandı. Gəldiyi gündəki kimi geyinmişdi, bircə yaylığı yox idi. Mənə görə yaxşıca bəzənmişdi. Düşünürdüm ki, gəldiyi gündəki kimi artırmada duracaq, biz baxışacağıq və mən həmin duyğuları təkrar yaşayacağam. Belə olmadı. Baxışmağa başlayanda hər ikimizi gülmək tutdu. Həyatım boyu çox şeyə gülmüşdüm, amma heç vaxt belə ləzzətlə, belə ürəkdən gülməmişdim. Elə güldüm, qarın boşluğumda ağrı hiss etdim. Cincilim də uğunub getdi. Gözündən yaş gəldi. Kimə və nəyə güldüyümüzü bilmirdik. Gülməyə səbəb yox idi, amma gülürdük. Cincilim elə gözəl idi, istədiyi vaxt gülə bilərdi.

Sonradan başımıza gələnləri bilsəydik, belə ürəkdən gülməzdik...

Cincilim gedəndən altı gün sonra Günlük dərs oxuma limitimi başa vurub Çinar və Şıpıyla Tofiqin çayxanasına getdik. Çayxanada videomaqnitofon vardı. Müştəri cəlb etmək üçün gündüzlər türk filmləri göstərirdilər. Kəndin kişiləri sahə müvəkkilinin “hörmət”ini edib, gecə saat 12-dən sonra porno-filmlərə baxırdılar. Biz yaşda uşaqlar bu filmlərə, böyüklər olmadığı vaxt Tofiqə ikiqat pul verəndən sonra gizli baxırdıq. Böyüklərdən Dıbış, yeniyetmələrdən Şıpı və Mosu Tofiqin gətirdiyi bütün porno-kasetlərə baxmışdılar. Film gedən vaxtı işıqları söndürürdülər ki, bir-birindən utanmasınlar. Eşitdiyimə görə, bir dəfə lent dolaşır, işıqları yandırmaq zərurəti yaranır. İşıqlar yananda Dıbış bir cərgə qabaqda oğlu Mosunu görür. Təpəsinə qapaz vurub evə yollayır.

Porno filmlərdə göstəriləndə əvvəl-əvvəl adamlara qəribə gəlirdi: “Necə ola bilər, süfrədə bir yerdə çörək yediyin ağzı belə murdarlayasan?! Necə ola bilər, iki kişi bir qadınla, yaxud üç kişi iki qadınla olsun?! Həm də başqa biri baxa-baxa, hətta kameraya çəkə-çəkə... Belə şeyi hamının yanında heyvanlar edir, çünki şüuru yoxdur. İnsan ayrı, heyvan ayrı”. Onlar yüz il fikirləşsə də, filmdə gördükləri ağıllarına gəlməzdi. İndi bunu görür, gördüklərini yaşamaq istəyirdilər.

Bir dəfə Dıbış porno filmə baxanda əsgərlik xatirəsi Nataşanı yadına salıb kövrəlmiş, həm Nataşanı, həm də filmdəkiləri nəzərdə tutub demişdi: “Kopoğlunun rusu, “yeşyo raz, yeşyo raz” deyə-deyə dırmaşırdı üstümə. Yoxsa bizimkilər... Çıxart-çıxart, öldüm, öldüm... Deyirsən, gedim evə, day evdəki halal arvadımdı, bu yolun yolçusu deyil, o da işin kulminasiya həddində qəfil qayıdır ki, uşağın ayaqqabısı cırılıb. Hayıf deyil xaricilər...”

Dıbış bu filmlərə baxa-baxa yanıb tökülürdü. Gördüklərini arvadı Şəfiqəyə tətbiq etmək istəyir, sonra bunu edənlərə pis baxırdı. Yəni adam öz elədiyini özü qınayırdı. Dıbış evə gec gəlməyini Şəfiqəyə belə izah edirdi ki, guya Milli Təəssübkeşlər Dərnəyi yaradılıb, o da dərnəyin kənddəki nümayəndəsidir, könüllü təşkilat olduğuna görə yığıncaqlarını gecə keçirirlər. Şəfiqə isə düşünürdü: “Bu Milli Təəssübkeşlər Dərnəyi nədirsə, Dıbış ora dadanandan bəri ağzım-üzüm qalmayıb, hamısını murdarlayıb”.

Bu dəfə Tofiq “Bəxt üzüyü” filmini qoşmuşdu. Çay içə-içə filmə baxdığım yerdə Tosu məni eşiyə çağırdı. Düşündüm ki, uşaqlardan kimsə onun xalası qızını istədiyimi çatdırıb, məni davaya aparır. Fiziki cəhətdən mən ondan güclü idim, qorxmurdum. Bayıra çıxar-çıxmaz dedi:

– Sənə işim daşüb.
– Nə iş?
– Qaqa, sabah nobatda ikimizik. Tək yola verə bilər- sən? Amma heç kim bilməsin.
– Çinarı apararam özümlə.
– Mən deyirəm, heç kim bilməsin, sən deyirsən, Çinarı apararam.
– Naxır böyükdür axı.
– Qaqanı yola ver. Bizimkilər elə bilsin nobatdayam.
– Hara gedəcəksən?
– Şəxsi işim var.
– Yaxşı. Mosuya demişəm, iti verəcək. Əhmədin də atı- nı alacam.

Mən pul uzatdı:
– Siqaret alarsan.
– Ayıbdır, pulunu cibinə qoy. Çəkən də deyiləm.
– Sağ ol e. Qulaq as, əmioğlu Eqili yemək gətirəcək, deyərsən, Tosu indi getdi. Bir azdan gələcək. Sonra da az- dır, qayıtsın kəndə.
– Özüm yemək götürəcəm.
– Ə yox e, evdən bilinməsin deyə deyirəm. Evdən yemək göndərəcəklər.
– Yaxşı.

Jest eləyib çayımızın pulunu verdi.

Şariki və Əhmədin atını götürüb mal-qaranın yığıldığı yerdə – xırmanın önündə inəkləri saydım. Kirli ağ rəngdə şortlaq atın belində naxırı örüşə hoylamağa başladım. Bir azdan gün qalxdı. Qorabişirən ay idi. Quyruq hələ doğmamışdı. Avqust kəndi qovururdu. Naxırı yerbəyer edib örüşün əkin tərəfində yükümü saldım. Əsas işimiz əkini inəklərdən qorumaq idi, Şarik də bunun öhdəsindən yaxşı gəlirdi. Anam mənə çəpərçolpası çığırtması, dovğa, mer-meyvə, bütöv qarpız, termosda çay, axşamdan soyuducunun buz gözündə dondurulmuş iki butulka su qoymuşdu. Qarpızı sərin qalması üçün arxın suyuna qoydum. Şarikin səhər yeməyinə yaxşı tikələr ayırdım. Mən həmişə yaxşı tikələri ona verirdim. Şarik buna layiq idi. Nobatda məndən çox əziyyət çəkirdi.

Özümə kölgəlik düzəldib “Abituriyentin test bankı” dərsliyini vərəqləməyə başladım. Bir-iki vərəq testə baxandan sonra tarix kitabını açıb Nadir şahın öldürülməsindən sonra Şəki xanı Çələbi xanın müstəqil siyasət yürütməsi barədə oxumağa başladım. Bir şeyə diqqət yetirdim: digər şahlarda “şah” sözü şəxsin adından əvvəl gəlirdi, – məsələn, Şah İsmayıl, Şah Abbas, – bircə Nadir şahda sonra gəlirdi. Səbəbini müəllimim də bilməmişdi. Arada naxıra baxırdım, inəklər xırtaxırt otlayırdı.

Tarixdən bir şeydə öyrəndim ki, biz hansısa zaman kəsiyində bütün qonşularımızla dost və ya düşmən olmuşuq. Daimi dost və ya düşmən qalmaq mümkün deyil. Əgər biri bütün şüurlu ömrünü düşmənçiliyə xərcləyirsə, demək, onun dost olmağına zaman çatmayıb. Bütün düşmənləri dosta çevirmək mümkündür. Bir şərtlə ki, şərait tələb etsin. Biz faşizmlə mübarizədə indiki düşmənlərimizlə dost olmuşuq. Bir daha dost olmaq üçün faşizm təkrarmı yaranmalıdır? Bizi niyə faşizm dost etməlidir axı? Belə düşüncələr tarixi diqqətlə oxumağıma səbəb olurdu.

Səhər yeməyini tez yediyimdən günorta gəlməmiş acmağa başladım. Alma yedım. Aclığımı daha da artırdı.

Naxırı sulamağa hoyladım. İnəklər su içəndə qarpızı götürdüm, ayağımı atın üzəngisinə qoyub yəhərə qalxanda kənd tərəfdə qaraltı göründü. Elə bildim Eqilidir. Amma diqqətlə baxanda qız uşağına oxşatdım. Az sonra dəqiq gördüm: qız idi. Kənddə bir qayda olaraq qızları naxır otarmağa qoymazdıq. Kimin evində kişi xeylağı yoxdursa, nobatına başqaları gedirdi. Kəndin köhnə kişiləri, papaq qoyan kişiləri öləndən sonra bu qayda yığışdırıldı: “Ya nobatına get, ya da pulunu ver əvəzinə kimsə getsin”. Zaman hələ o kişiləri tamam öldürməmişdi. Qız uşağının kənddən baxanda görünməyən ucqar örüşdə nə işi vardı?

Əlində zənbil qaraltı yaxınlaşanda tanıdım. Könka idi. O guya qardaşına nahar gətirmişdi. Əslində, məqsədi mənimlə təkbətək qalmaq idi. Qardaşı ilə nobat yoldaşı olduğumu bilmiş, özünə kompüter almaq üçün yığdığı pulu Tosuya verib azdırmışdı. Əynində enli klassik yubka, cins kofta vardı. Kürəyinə ağ yaylıq atmışdı. Yaylıq qoca nənə yaylığı olmasa da, cavan qız yaylığı da deyildi. Orta yaşlı – anam kimi qadınlar bağlayırdı. Könka çox zövqsüz geyinmişdi. Yaxşıca bəzənib telinə şirinçay vurmuşdu. Çatan kimi soruşdum:

– Sən burda nə gəzirsən?
– Salam! Nə təhərsən, Ərəl?
– Tosuya yemək gətirmişəm.
– Salam. Tosu bir az olar getdi. Qayıdacaq. Könka gülümsünüb dedi:
– Kefdəsən e burda. Kəndi talayıb aparsalar, xəbərin olmaz. Nahar eləmisən?
– Yox hələ. Tosunu gözləyirəm.
– Tosu gəlməyəcək bu gün.
– Bəs yeməyi kimə gətirmisən?
– Sənə. Tosu tapşırmışdı, Eqiliyə verim. Tapa bilmədim, özüm gətirdim.

– Mənim yeməyim var.
– Var, lap yaxşı. Birlikdə yeyərik. Mən də acından ölürəm. Qarpızın da var. Bu saat sənə elə bir süfrə düzəldim ki!
– Əziyyət çəkmə, Könka.
– Nə əziyyəti? Ömrüm boyu sənə süfrə düzəldərəm, yorulmaram.

O ərkyana mənim yeməyimi və gətirdiyi boğçanı açanda gördüm kotlet gətirib. Kotlet travmamı bilmirdi. Çox ac idim. Kotleti görəndə aclığım çəkilib getdi. Hələ iyi burnuma vurmamışdı. Özü bir yana, qoxusu da məni pis günə qoyurdu. İndi yeməyə bilməzdim. Bu, hörmətsizlik olardı. Elə bilərdi onların xörəyindən iyrənirəm. Mütləq nəsə yeməli idim. Düşündüm, başqa gətirdiklərindən yeyərəm. Mənim bıçağımla salat doğradı. Qarpızı dilimləyə-dilimləyə romantik ab-hava yaratmaq istədi:
–Ərəl, kaş dəniz olaydı kəndimizdə. Olmusan dənizdə?
–Maşınla keçəndə görmüşəm.
–Mən keçən yay xalamgilə gedəndə çimərliyə getmişdik. Elə sərin, elə gözəldir dəniz. Çimdik.
–Mənimki öz kanalımızdır.
–Sən allah lilli kanalda nə görmüsünüz? Amma yaxşı üzürsən ha. O gün Sabir müəllimgilin evlərinin dalında çiməndə sənə baxırdım. Yaxşı üzürdün.
–Elə olanda baxma, utanıram.
–Sən məni görmürdün axı.
–Görməsəm də, utanıram.
–Kaş səni dənizdə üzən görəydim. Görüm, orda da belə guruldayarsan. Zarafatsız, Ərəl, dənizdə boğulsam, məni xilas edə bilərsən?
–Aaaz, dənizdə mənim özümü xilas edən lazımdır. Dənizdə çimməmişəm. Kanalda xilas edə bilərəm. Kanalda da boy verən yer ancaq “Haramı”dadı.

–İndi neyləyək, məni xilas etməyin üçün gedim “Haramı”ya?
–Allah eləməsin, niyə boğulasan?!
–İstəyirəm məni xilas edəsən.
–Niyə?
–Nə bilim. İstəyirəm. Gör nə süfrə açmışam sənə. Ərəl, kotleti özüm qızartmışam. Arvadlığım tutmuşdu, biş-düş edirdim.

Qarpızı dilimləyib ən yaxşısını mənim qarşıma qoydu:
–Ərəl, “C” kimdir? Nə vaxtdan istəyirsən onu?
–Nənəmgilin kəndindəndir. Uşaqlıqdan.
–Adı nədir?
–Cəmilə.

Babamgil nənəmgilə çevrilmişdi. Orda Cəmilələr vardı, hamısı anam yaşda idi. Mən Könkanın zənnini azdırırdım.
–O qızın nəyini istəyirsən?
–O gəşəngdir. Həm də oxuyan qızdır.
–O qız difteriyadan ölsə, ya da maşın vurub şikəst eləsə, kimi istəyərsən?
–Şikəst olsa, yenə onu istəyərəm. Ölsə deyə bilmərəm.
–O da səni istəyir?
–Yox, hələ istəmir.

Bu söz Könkanı sevindirdi. Gülümsünüb dedi:
–Niyə sənə yalvarana yalvarmırsan?
–Könka, biz uşağıq hələ.
–Sən allah atam kimi başlama. Atamın işinə yarayanda deyir böyük qızsan, yaramayanda deyir hələ uşaqsan. Uşaq niyə oluruq? O de ha sinif yoldaşın Tutu getdi ərə. Üstəlik, hamilədir. Bu yaxında sinfinizin uşaqları dayı olacaq.
–Tutu bir yaş böyükdür məndən. O, 83-ün yanvarıdır, mən 84-ün. Gec gedib məktəbə. Tutunun başına daş, qıya düşüb ərə getdi. Mən oxumuş qız alacam. Həm də arada Çinar var.
–Sən Allah, o səydərəşin adını çəkmə yanımda, başıma cin vurur.
–Çinar yaxşı oğlandı. Səni çox istəyir.
–İnan zəhləm gedir ondan. Gopçudur.
–Gopçu olsa da, yaxşı uşaqdır. O, yalan danışmır, gop edir.
–Zəhləmi töküb. O gün mənə məktub yazmışdı.

Məni gülmək tutdu. Çinar məktub barəsində mənə heç nə deməmişdi. Mən də gecə görüşlərimi ona deməmişdim. Şıpı və Çinar Cincilimi istədiyimi bilirdilər, amma düşünürdülər ki, hələ qızı yola gətirməklə məşğulam. Ya da Cincilim onu istədiyimi hələ bilmir. Çinar da utandığındanmı və ya başqa səbəbdənmi, məktub barədə mənə heç nə deməmişdi. Gülüb dedim:
–Nə məktub?

Könka:
–Ox girən ürək yapışqanlarından da birini yapışdırıb məktuba.

Məni gülmək tutdu:
–Nə yazmışdı?
–Səy-səy şeylər. Sənə görə ulduzları belə edərəm, elə edərəm... Düşük oğlu, düşük.

Necə güldümsə, yerə sərildim. Könka da mənim gülməyimə gülür, söhbətinə də ara vermirdi:
–O dəfə sinifdə deyir ki, Brejnyev öləndə Dıbış dayım əsgərlikdə olub. Tabutu çiyninə qaldıran əsgərlərdən biri o imiş. Guya dəfndə tabut başqa əsgərin əlindən çıxıb, danqıltı ilə dəyib yerə, Dıbış dayısı əsgəri şillə ilə vurub ki, adam kimi hərəkət elə.

Xeyli güldük. Süfrədə yeməyə girişəndə Könka dedi:
–Kotletdən ye, gör necə bişirmişəm?

Mən Könkanın gətirib doğradığı salatın pomidorunu ağzıma qoyanda kotletin həm qoxusunu, həm də salata bulaşmış dadını hiss edib öyüdüm, sonra boğulmağa başladım. Qızarmış gözlərim hədəqəsində bərəldi, onlardan yaş süzülməyə başladı. Əslində bu, göz yaşı deyildi, gözdən gələn su idi. Göz yaşı sevinc və kədərdən olur, bu, tamam başqa şey idi. Yediyim qarpız və almanı qusdum. Burnumdan qida qalıqları gəlirdi.

Ağlım başımda olsa da, boğulmanın qarşısını güclə ala bildim. Böyükmü hala düşmüşdüm. Nəfəsim gedirdi, gəlmirdi. Təxminən iki dəqiqə belə davam elədi. Könka özünü itirsə də, tez toparlanıb üzümə su vurdu. Kürəyimə çırpdı. Burnumdan axan qida qalıqlarını ona göstərdim ki, bəlkə, iyrənə məndən, o isə salfetlə burnumu sildi:
–Hamısı sənin, hamısı sənin! Yəqin, soyuqlamısan, gərək nobata çıxmayaydın, – bir az ara verdi, – Ərəl, sənə gələn dərd-azar mənə gəlsin.

Ona cavab verəcək halda deyildim. Yerə sərilib bir az gözlədim. Kotlet məni birtəhər eləmişdi. Özümə gələndən sonra süfrəyə baxmağa qorxurdum. Kotleti görsəm, halım yenə pisləşə bilərdi. Süfrədən uzaqlaşıb dedim:
–Sən nuş elə. Mən nə yesəm, qaytaracam. Xəstələnmişəm, deyəsən.
–Sən yeməsən, boğazımdan heç nə keçməz. Xəstəliyin ürəyimə gəlsin, ay Ərəl.

Bu sözü qız ataya, ana balaya, nənə nəvəyə deyərdi. Könka ilk yad qız idi ki, mənə belə deyirdi. Burnumdan axan qida onu iyrəndirməmişdi. O, oğlanlarla mazaqlaşan qızlardan deyildi. Məsələn, Şıpını heç adam yerinə qoymurdu. Eləcə də Çinarı. Bu sözləri yalnız mənə deyirdi. Mənim yerimdə başqa biri olsaydı, heç vaxt deməzdi:
–Elə demə, ay Könka!

Könka bu cəhdlərinin işə yaramadığını görüb b variantına keçdi. Bir dəfə televizorda eşitmişdi ki, oğlanı ən yaxşı əldə etmək yolu məhrəm olmayan yerini ona göstərmək və fiziki toxunuşlar etməkdi. O eşitdiyinə inanmışdı: “Televizor yalan deməz”. O vaxt çanaq antenalar təzə dəbə minmişdi. Bir neçə ölkənin kanallarını göstərirdi. Hamı elə bilirdi, televizor yalan danışa bilməz. O ideyanı Könkaya verənin nə məqsədlə danışdığını özündən başqa heç kim bilmirdi. Yerdən mənimlə üzbəüz oturdu. Oturanda elə etdi ki, budları göründü. Mən üzümü yana tutdum. Cincilimi əldə etmək istəyən oğlan başqa qızın budlarına baxmazdı. Dostuma qarşı əclaflıq edə bilməzdim. Çinar Könkadan ötrü sinov gedirdi. Cincilim olmasaydı da mən Çinara görə bunu etməzdim. Könkanın budlarını istəmədən gördüm və dərhal kənara baxdım:
–Evdən nigaran qalarlar, sən getsən yaxşıdır.
–Mama işdə, ata işdə, narahat olma. Axşama kimi səni tək qoymaram. Lap burda sənin əvəzinə naxırı da otararam.

Könkadan yaxa qurtarmaq istəyirdim. Kimsə bizi birlikdə çölün düzündə görsəydi, yaxşı düşməzdi. Adımıza söz çıxardı. Könka belə şeyləri hesablamırdı. Üzümə su vurmaq bəhanəsi ilə əlini yanağıma və boğazıma çəkəndə dedim:
–İndi yaxşıyam. Eləmə. Çox sağ ol.
–Getməyimi istəyirsən?
–Könka, kimsə bizi görər, yaxşı çıxmaz. Mən oğlanam, sən qızsan. Oğlanları belə yerdə görəndə alqışlayır, qızlara pis baxırlar. Sənin adına zaval gəlməsini istəmərəm. Sən yaxşı qızsan.

O bir az kövrəkcəsinə yazıq-yazıq mənə baxdı.
–Ərəl, yadındadır, sən küçəmizdə Firuzə xalanın əlindən vedrəni aldın apardın. Orda çox oğlan var idi, ancaq sən köməyə getdin. Yadına gəlir?

O ərkyana mənim yeməyimi və gətirdiyi boğçanı açanda gördüm kotlet gətirib. Kotlet travmamı bilmirdi. Çox ac idim. Kotleti görəndə aclığım çəkilib getdi. Hələ iyi burnuma vurmamışdı. Özü bir yana, qoxusu da məni pis günə qoyurdu. İndi yeməyə bilməzdim. Bu, hörmətsizlik olardı. Elə bilərdi onların xörəyindən iyrənirəm. Mütləq nəsə yeməli idim. Düşündüm, başqa gətirdiklərindən yeyərəm. Mənim bıçağımla salat doğradı. Qarpızı dilimləyə-dilimləyə romantik ab-hava yaratmaq istədi:

– Ərəl, kaş dəniz olaydı kəndimizdə. Olmusan dənizdə?
– Maşınla keçəndə görmüşəm.
– Mən keçən yay xalamgilə gedəndə çimərliyə getmişdik. Elə sərin, elə gözəldir dəniz. Çimdik.
– Mənimki öz kanalımızdır.
– Sən allah lilli kanalda nə görmüsünüz? Amma yaxşı üzürsən ha. O gün Sabir müəllimgilin evlərinin dalında çiməndə sənə baxırdım. Yaxşı üzürdün.
– Elə olanda baxma, utanıram.
– Sən məni görmürdün axı.
– Görməsəm də, utanıram.
– Kaş səni dənizdə üzən görəydim. Görüm, orda da belə guruldayarsan. Zarafatsız, Ərəl, dənizdə boğulsam, məni xilas edə bilərsən?
– Aaaz, dənizdə mənim özümü xilas edən lazımdır. Dənizdə çimməmişəm. Kanalda xilas edə bilərəm. Kanalda da boy verən yer ancaq “Haramı”dadı.

– İndi neyləyək, məni xilas etməyin üçün gedim “Haramı”ya?
– Allah eləməsin, niyə boğulasan?!
– İstəyirəm məni xilas edəsən.
– Niyə?
– Nə bilim. İstəyirəm. Gör nə süfrə açmışam sənə. Ərəl, kotleti özüm qızartmışam. Arvadlığım tutmuşdu, biş-düş edirdim.

Qarpızı dilimləyib ən yaxşısını mənim qarşıma qoydu:

– Ərəl, “C” kimdir? Nə vaxtdan istəyirsən onu?
– Nənəmgilin kəndindəndir. Uşaqlıqdan.
– Adı nədir?
– Cəmilə.

Babamgil nənəmgilə çevrilmişdi. Orda Cəmilələr vardı, hamısı anam yaşda idi. Mən Könkanın zənnini azdırırdım.

– O qızın nəyini istəyirsən?
– O gəşəngdir. Həm də oxuyan qızdır.
– O qız difteriyadan ölsə, ya da maşın vurub şikəst eləsə, kimi istəyərsən?
– Şikəst olsa, yenə onu istəyərəm. Ölsə deyə bilmərəm.
– O da səni istəyir?
– Yox, hələ istəmir.

Bu söz Könkanı sevindirdi. Gülümsünüb dedi:

– Niyə sənə yalvarana yalvarmırsan?
– Könka, biz uşağıq hələ.
– Sən allah atam kimi başlama. Atamın işinə yarayanda deyir böyük qızsan, yaramayanda deyir hələ uşaqsan. Uşaq niyə oluruq? O de ha sinif yoldaşın Tutu getdi ərə. Üstəlik, hamilədir. Bu yaxında sinfinizin uşaqları dayı olacaq.
– Tutu bir yaş böyükdür məndən. O, 83-ün yanvarıdır, mən 84-ün. Gec gedib məktəbə. Tutunun başına daş, qıya düşüb ərə getdi. Mən oxumuş qız alacam. Həm də arada Çinar var.
– Sən Allah, o səydərəşin adını çəkmə yanımda, başıma cin vurur.
– Çinar yaxşı oğlandı. Səni çox istəyir.
– İnan zəhləm gedir ondan. Gopçudur.
– Gopçu olsa da, yaxşı uşaqdır. O, yalan danışmır, gop edir.
– Zəhləmi töküb. O gün mənə məktub yazmışdı.

Məni gülmək tutdu. Çinar məktub barəsində mənə heç nə deməmişdi. Mən də gecə görüşlərimi ona deməmişdim. Şıpı və Çinar Cincilimi istədiyimi bilirdilər, amma düşünürdülər ki, hələ qızı yola gətirməklə məşğulam. Ya da Cincilim onu istədiyimi hələ bilmir. Çinar da utandığındanmı və ya başqa səbəbdənmi, məktub barədə mənə heç nə deməmişdi. Gülüb dedim:

– Nə məktub?

Könka:

– Ox girən ürək yapışqanlarından da birini yapışdırıb məktuba.

Məni gülmək tutdu:

– Nə yazmışdı?
– Səy-səy şeylər. Sənə görə ulduzları belə edərəm, elə edərəm... Düşük oğlu, düşük.

Necə güldümsə, yerə sərildim. Könka da mənim gülməyimə gülür, söhbətinə də ara vermirdi:

– O dəfə sinifdə deyir ki, Brejnyev öləndə Dıbış dayım əsgərlikdə olub. Tabutu çiyninə qaldıran əsgərlərdən biri o imiş. Guya dəfndə tabut başqa əsgərin əlindən çıxıb, danqıltı ilə dəyib yerə, Dıbış dayısı əsgəri şillə ilə vurub ki, adam kimi hərəkət elə.

Xeyli güldük. Süfrədə yeməyə girişəndə Könka dedi:

– Kotletdən ye, gör necə bişirmişəm?

Mən Könkanın gətirib doğradığı salatın pomidorunu ağzıma qoyanda kotletin həm qoxusunu, həm də salata bulaşmış dadını hiss edib öyüdüm, sonra boğulmağa başladım. Qızarmış gözlərim hədəqəsində bərəldi, onlardan yaş süzülməyə başladı. Əslində bu, göz yaşı deyildi, gözdən gələn su idi. Göz yaşı sevinc və kədərdən olur, bu, tamam başqa şey idi. Yediyim qarpız və almanı qusdum. Burnumdan qida qalıqları gəlirdi.

Ağlım başımda olsa da, boğulmanın qarşısını güclə ala bildim. Böyükmü hala düşmüşdüm. Nəfəsim gedirdi, gəlmirdi. Təxminən iki dəqiqə belə davam elədi. Könka özünü itirsə də, tez toparlanıb üzümə su vurdu. Kürəyimə çırpdı. Burnumdan axan qida qalıqlarını ona göstərdim ki, bəlkə, iyrənə məndən, o isə salfetlə burnumu sildi:

– Hamısı sənin, hamısı sənin! Yəqin, soyuqlamısan, gərək nobata çıxmayaydın, – bir az ara verdi, – Ərəl, sənə gələn dərd-azar mənə gəlsin.

Ona cavab verəcək halda deyildim. Yerə sərilib bir az gözlədim. Kotlet məni birtəhər eləmişdi. Özümə gələndən sonra süfrəyə baxmağa qorxurdum. Kotleti görsəm, halım yenə pisləşə bilərdi. Süfrədən uzaqlaşıb dedim:

– Sən nuş elə. Mən nə yesəm, qaytaracam. Xəstələnmişəm, deyəsən.
– Sən yeməsən, boğazımdan heç nə keçməz. Xəstəliyin ürəyimə gəlsin, ay Ərəl.

Bu sözü qız ataya, ana balaya, nənə nəvəyə deyərdi. Könka ilk yad qız idi ki, mənə belə deyirdi. Burnumdan axan qida onu iyrəndirməmişdi. O, oğlanlarla mazaqlaşan qızlardan deyildi. Məsələn, Şıpını heç adam yerinə qoymurdu. Eləcə də Çinarı. Bu sözləri yalnız mənə deyirdi. Mənim yerimdə başqa biri olsaydı, heç vaxt deməzdi:
– Elə demə, ay Könka!

Könka bu cəhdlərinin işə yaramadığını görüb b variantına keçdi. Bir dəfə televizorda eşitmişdi ki, oğlanı ən yaxşı əldə etmək yolu məhrəm olmayan yerini ona göstərmək və fiziki toxunuşlar etməkdi. O eşitdiyinə inanmışdı: “Televizor yalan deməz”. O vaxt çanaq antenalar təzə dəbə minmişdi. Bir neçə ölkənin kanallarını göstərirdi. Hamı elə bilirdi, televizor yalan danışa bilməz. O ideyanı Könkaya verənin nə məqsədlə danışdığını özündən başqa heç kim bilmirdi. Yerdən mənimlə üzbəüz oturdu. Oturanda elə etdi ki, budları göründü. Mən üzümü yana tutdum. Cincilimi əldə etmək istəyən oğlan başqa qızın budlarına baxmazdı. Dostuma qarşı əclaflıq edə bilməzdim. Çinar Könkadan ötrü sinov gedirdi. Cincilim olmasaydı da mən Çinara görə bunu etməzdim. Könkanın budlarını istəmədən gördüm və dərhal kənara baxdım:

– Evdən nigaran qalarlar, sən getsən yaxşıdır.
– Mama işdə, ata işdə, narahat olma. Axşama kimi səni tək qoymaram. Lap burda sənin əvəzinə naxırı da otararam.

Könkadan yaxa qurtarmaq istəyirdim. Kimsə bizi birlikdə çölün düzündə görsəydi, yaxşı düşməzdi. Adımıza söz çıxardı. Könka belə şeyləri hesablamırdı. Üzümə su vurmaq bəhanəsi ilə əlini yanağıma və boğazıma çəkəndə dedim:
– İndi yaxşıyam. Eləmə. Çox sağ ol.
– Getməyimi istəyirsən?
– Könka, kimsə bizi görər, yaxşı çıxmaz. Mən oğlanam, sən qızsan. Oğlanları belə yerdə görəndə alqışlayır, qızlara pis baxırlar. Sənin adına zaval gəlməsini istəmərəm. Sən yaxşı qızsan.

O bir az kövrəkcəsinə yazıq-yazıq mənə baxdı.

– Ərəl, yadındadır, sən küçəmizdə Firuzə xalanın əlindən vedrəni aldın apardın. Orda çox oğlan var idi, ancaq sən köməyə getdin. Yadına gəlir?

– Bilmirəm, yadımda deyil.
– Bax onda xoşum gəlmişdi səndən. Sonra yadındadır, Dəli Alikonu uşaqlar döyəndə, sən getdin qoymadın. Qoluna girib dükana apardın, nəsə aldın verdin. Sənin elə gözəl qəlbin var. Bax onda vuruldum sənə. Elə o vaxtdan istəyirəm səni. Mən nə etsəm, sən də məni istəyərsən?
– Könka, səni ən yaxın dostum istəyir. Ona görə sənə bacı kimi baxıram. Çinara qarşı başqa hərəkət edə bilmərəm.

Heç nə demədi. Bir az başqa şeylərdən danışdıq. Getmə vaxtı gəldiyini onun yadına saldım.
Dedi:
– Burdan piyada kəndə gedə bilmərəm.
– Aaaz, gələndə metroyla gəlmisən?

Hər ikimiz güldük. Dedi:
– Ərəl, zarafatsız deyirəm. Heç olmasa, qəbiristanlığa qədər atla apar məni. Gələndə çox qorxdum.
– At çapa bilirsən?
– Yox. Dəlisən? Ancaq tərkində gedə bilərəm.

Düşündüm ki, qızın burda qalmağındansa, atla aparıb qəbiristanlıqdan o yana ötürməyim daha məqsədəuyğundur:
– Süfrəni yığ, gedək.

O gətirdiyi kotleti saxlamağımı təklif etdi.
– Ver Şarikə, – dedim.
– Sənə görə qızartmışdım.
– Nə yesəm, qaytaracam. Xasiyyətimi bilirəm.

Şarik ac olsa da, süfrəyə yaxın gəlməmişdi. Ağıllı it dərk edirdi ki, bu süfrə insan üçündür. Elə bil insanlaşmışdı. Həyasız milçəklər kimi süfrəyə baş soxmurdu. Qovula bilərdi. Şarik özünə hörmət qoyurdu. Yalnız Könka kotletləri qarşısına atanda iştahla yeməyə başladı. Şariki kotlet yeyərkən ötəri görsəm də, bədənim çimçəşdi.

Çox götür-qoydan sonra Könkanı atın tərkinə mindirdim. Əlindəki yemək qablarını isə yəhərə bağladım. Könka guya tutunmaq üçün məni qucaqladı. Bu adi qucaqlama deyildi. Yalnız qırx illik həsrətdən sonra oğlunu görən ana ona belə sarılardı. Ya da otuz il hicran yaşayan qadın ərinə belə möhkəm sığınardı. At dördəmləyəndə guya həyəcanından əllərini bədənimə gəzdirdi. Kəskin fiziki toxunuşlar hiss edirdim. O həm də danışırdı:

– Ərəl, qurban olum, yorğalatma, söhbətyerişi sür.

Qızın hərəkətləri məni qorxudurdu. Cincilimi istəyən oğlan nə olur-olsun yad qızı tərkinə almamalı idi. Səhv etdiyimi anladım. Qəbiristanlığa çathaçatda o, üzünü kürəyimə dirədi. Düşündüm, az qalıb, xətrinə dəyməyim. Qəbiristanlığı üç yüz addım keçdikdən sonra atı saxladım.

– Düş. Görən olar. Yaxşı çıxmaz.
– Görsünlər də. Təki məni sənlə görsünlər.

Əvvəl özüm düşdüm. Yüyəni buraxmadım. At namərd idi. Qoparağını götürüb qızı meşəyə qaçırdar, ağac budaqları baş-gözünü partladardı. Ya da şahə qalxıb yıxar, bel-buxununu qırardı. Peşmançılıq yaşanardı. Amma Könka hələ də düşmək istəmirdi:

– Bir xahiş eləsəm, olar?
– Əlimdən gələn iş olsun...
– Məni tərkində bir də naxırın yanına apararsan? Ordan bura özüm gələrəm.
– Könka, vaxt yoxdur, inəklər əkini zəbun eləyəcək. Düş.

– Üzmə məni, xahiş edirəm.

Hirslənib səsimi qaldırdım:
– Könka, düş. At namərddir, güclə gətirdim. Naxır Şarikin ümidinə qalıb.

O mənə baxa-baxa atdan düşdü. Dərhal özüm atlandım.
– Yaxşı, sağ ol! – deyib atı naxıra sarı çapdım.

Xeyli gedəndə yadıma düşdü ki, yemək qabları yəhərə bağlı qalıb. Atı geri çevirdim. Gördüm, Könka hələ də atdan düşdüyü yerdə dayanıb mənə baxır. Geri qayıtmağım onu çox sevindirdi. Elə bildi fikrimi dəyişmişəm, indicə onun dediyini eləyəcəm. Hətta mən də artıq onu istəməyə başlamışam sanki. Qabları uzadanda dilxor oldu:
– Tüklərim biz-biz oldu. Elə bildim...

Sözünün dalını gətirmədi. İnsanlar bəzən sözlərinin davamını susmaqla deyərlər.
– Könka, tez get evə. Nigaran qalarlar. – deyib atın başını yenə örüşə sarı yönəltdim. Geriyə dönüb məni gözüylə ötürüb-ötürmədiyinə baxmaq istədim, baxmadım.

İki gün sonra Cincilim və mənim haqqımda şayiələr yayılmağa başladı.

Hadisə belə vaqe olub: Atamla artırmada ağızlaşdığım günün gecəsi atam anama gördüklərini və eşitdiklərini təfsilatı ilə danışıb. Həmin gün acıqlanıb evdən getmişdim. Heç nahara da gəlməmişdim. Naharı Çinargildə eləmişdim. Evə gec saatlarda gəldiyimə görə anam yüngülvarı danlamışdı. Sonra könlümü alıb istədiyimin kim olduğunu soruşmuşdu. “Ər-arvad ikiniz də yaşlandıqca ağlınız azalır”, – deyib sualdan yayınmışdım. Səhəri gün heç nə soruşmayanda anamın hər şeyi bildiyini anladım. Bunu normal qəbul etdim. Çünki bir valideyn kimi yetkin uşağının nə etdiyini bilmək haqqı var. Atam da bildiklərini anama deməli idi. Ən pis valideyn də uşağını ifşa etməz.

Anam atama irad tutub: “Gərək söhbətlərinə qulaq asmayaydın. Bu, mədəniyyətsizlikdir”. Atam özünə belə haqq qazandırıb: “Oğlumdu, bəlkə bir qələt qarışdırır, bilməli deyiləm?! Bəlkə nəşə çəkir?!” Anam bu sözlərdən sonra ona haqq qazandırıb. Hər ikisi oxumaq həvəsimin qıza görə yarandığını dərk etmişdi. Heç kim mənə monqolların Azərbaycana yürüşünü oxutdura bilməzdi. Cincilimə görə oxumuşdum.

Anam belə qərara gəlir və atama da məsləhət görür ki, uşağa hələ heç nə deməyək, dərsdən soyuyar, qoy ali məktəbə girsin, sonra danışarıq, qıza görə ali məktəbə hazırlaşırsa, bunun özü müsbət hadisədir. Bir sözlə valideynlərimi mənim taleyim yox, ali məktəb və diplom maraqlandırıbmış. Həm də anama görə mənimki uşaq istəyi imiş. Ciddiyə almayıb.

Ancaq bir dəfə Nailə İslamzadə televizorda hansısa verilişin elanını verəndə anam mənə baxdı, saçıma sığal çəkib qımışdı:
– Can bala, sənə bu qadına oxşayan qız alacam. Maman qurban sənə!

Həmin vaxt mənə tam aydın oldu ki, atam hər şeyi danışıb. Ürəkdən arxayın idim: atam sirrimi anamdan başqa heç kimə, hətta nənəmə də açmazdı. Doğrudan da nənəmə demədi, amma bibimə olduğu kimi çatdırdı.

Mənə sual verilsəydi ki, kəndinizdə atandan əclaf adam kimdir, düşünmədən bibimi deyərdim. Bibimdən əclaf adamı soruşsaydılar, atamı deyərdim. Onların hansının daha əclaf olduğunu təyin etmək çox çətin idi. Hər ikisi bir-birindən alçaq idi. Bibim söhbət əsnasında atama deyib:
– Görürsən, gün o gün deyil, Allah həmin Allahdır. Səni rüsvay edəndə bilmirdi ki, qızı kanalın qırağında kürsəyə gələcək. Qurban olum Allaha, haqq-ədaləti yerini tapdı.

Bibimin əlinə yaxşı fürsət düşmüşdü; ona heç vaxt pislik etməyən Cincilimin və mənim adıma söz çıxartmışdı. Guya qız gecə yarı məni söyüdün dibinə çağırıb, mənimlə qeyri-ənənəvi yolla fiziki təmasda olarkən atam bizi tutub. Nə atam, nə bibim hesaba almayıb ki, qızın qohumları məni namus üstə vura, hətta öldürə bilərlər. Dərk edə-edə ki, qızın adı ləkələnir və bu bir insanın taleyidir, bunu yenə etmişdilər.

Bibim o qədər pis adam idi ki, birinə pislik etmək istəyəndə adına söz çıxardırdı. Məhlələrində gənc bir gəlinin büdrəyib qaynının qolundan tutduğunu görmüşdü, ancaq hamıya onları öpüşən yerdə gördüyünü danışırdı. Onlar da bibimə heç vaxt pislik etməmişdilər. Sadəcə bibim kənddə sensasion xəbər partlatmaq istəyirdi və belə şeylərə görə zərrə qədər vicdan əzabı çəkmirdi.

Bəlkə min dəfə düşünmüşdüm, necə ola bilər, İsmayıl və Ağca kimi yaxşı adamlardan belə bir ləçər törəyib?! İsmayıl babam təzə evə köçən gənc ailələrə boğaz qoyun pay verərdi. “Bərəkətli heyvandı, doğanda lap sevinəcəklər”, – deyərdi. Evi yanana xalça, palaz, yorğan-döşək verərdi. Babam: “Nə kömək lazımdır?” – deyə soruşmurdu, birbaşa kömək edirdi. Atası, anası ölən yetim uşaqlara: “Namusum mənim namusumdur”, – deyirdi. Faizə pul verənlərin evində çörək kəsmirdi. Kəndimizdə iki düşmən evi daxil, min evin mininə də yaxşılığı keçmişdi. Hamı babamı sayırdı. Əlbəyaxa davada olan adamlar babamı görən kimi xırp dayanardılar. Qan davalarına minnətçi kimi babamı aparardılar. İsmayıl babam idarələrə gedəndə medallarını taxardı. Heç vaxt özü üçün şikayətə getməzdi. Kasıb ailələrin, xəstələrin, məcburi köçkünlərin problemlərindən danışardı.

Əsil baba idi mənim babam!

Bildiyi hər şeyi mənə öyrədirdi. Köpən inəyin hansı qabırğasının arasından iynə batırmaqdan tutmuş, yoncanı gülü tökülməsin deyə şehli-şehli səhərə yaxın toplanmasına qədər. Dərk edirdi ki, insanların bu günə qədər kəşf etdiyi müsbət nə varsa, sabaha ötürmək vacibdir. Nəvələri ilə başqa uşaqlara fərq qoymadan hamıya diqqətlə öyrədirdi. O, yaxşılıq haqqında öyüd-nəsihət vermirdi, yaxşılığı əməlində göstərirdi. Heç kim babamın yanında söyüş söyməzdi. Özündən yaşlı kişilər söyəndə belə deyirdi: “Mağıl danış!”

Bircə dəfə Şuşanın işğal xəbərini eşidəndə söyüş söymüşdü. Vəssalam! Başqa vaxt ondan kəskin söyüş eşitməmişdim. Nənəm eşitdiyi söhbətlərdən danışanda acıqlanardı: “Ağca, gözünlə görmədiyin şeyi dilinə alma”. Buna görə nənəm gördüyü hər şeyə inanırdı. Məsələn, cizgi filmindəki personajların real canlı olduğuna... “Nə millətdilərsə, evi beş dəqiqəyə söküb, təzədən tikdilər”, – deyirdi. İsmayıl babam törə qaydalarına hörmət edib başqalarının yanında nəvələrini qucağına götürməzdi. Adət-ənənə üzündən oğlunun və qızının necə adam olduğunu gec bilmişdi. O, atalıq borcunu layiqincə yerinə yetirmişdi: rüşvət verib savadsız oğlunu instituta düzəltmişdi, atam isə oxumaqdan imtina edib qaçmışdı. Dəfələrlə babam onu işə düzəltmişdi, ən çox işlədiyi 8 gün olmuşdu. Atam heç vaxt öz qazancı ilə arvad-uşağına heç nə almamışdı. Babam buraxdığı səhvi nəvələrində düzəltməyə başlamışdı. Uşaq ağlımı sınayır, mənimlə böyük adam kimi məsləhətləşir, vaxtından əvvəl böyüməyimə təkan verirdi.

Bir dəfə ailəvi oturub televizora baxırdıq. Birdən işıqlar söndü, babam anama dedi:
– Qızım, o radionun fənərini gətir yandır, mənim otağımdadır.

O vaxtlar böyük fənəri olan gilənar rəngli radiolar çıxmışdı, işıqlar tez-tez söndüyündən və gecə yolda, həyətdə-bacada lazım olduğundan çox evdə vardı. Elektrik çəngəlini elektrik yuvasına salırdın, özü enerji yığırdı. Anam fənəri otağa gətirib qoyanda babam məni yoxlamaq üçün dedi:
– Ərəl, bala, yerimizə taxıl əkmək istəyirəm, ağlın nə kəsir?

Babamın başqa adamlarla söhbətindən eşitdiklərimi onun özünə dedim:

– Ay baba, camaat deyir, şum suyuna, boy suyuna su çatır, dən suyuna çatmır. Amma bizim yer dəhnənin dibidir, əksək, yaxşı olar.
– Yoncayla taxılı bir yerdə əkək. Onsuz da yonca kölgədə yaxşı bitir. Taxılı biçərik, yonca da yeddi il bitər. Canqurtarandır yonca. Suyunu ver, dur qırağa.

Babam sağmal inəklərin sayını artırmaq istəyirdi. Bunu bilirdim. Ağıllı görsənmək üçün dedim:
– Baba, yonca əkəcəyiksə, bir-iki sağılan inək alaq.
– Baxa biləcəksən? Day mənim fəhmim yoxdur, qocalmışam, dədən də kömək eləmir.

Atam da orda idi. Babam yaxşı bilirdi ki, nəvəsi oğlundan həm ağıllı, həm də qoçaqdır.
– Hə, baba, baxaram.

Həmin ərəfələrdə nobata getməyə başlamışdım. Babam hər şeyi mənimlə məsləhətləşməyə başlamışdı:
– Mən bu topdağıtmaz evi, sağmal inəkləri, pay torpağı – hər şeyi sənin üçün qazanmışam. Hamısı sənindir.
– Sağ ol, ay baba. Oğlum olsa, sənin adını qoyacam.

Babam səsli güldü, xoşuna gəldi.
– Vələdüzzina! Bir ad qoyub bu boyda mülkümü alırsan?!

Cincilim - Qanun.Az | Kitablar | Ədəbiyyat

# 153 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər