Yaşar Nurinin qızı vəfat edib

Yaşar Nurinin qızı vəfat edib
15 noyabr 2025
# 14:06

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun bacısının köməkçisi məlumat yayıb.

Bildirib ki, o, gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Ülviyyə Yaşarqızının bir övladı yadigar qalıb.

Qeyd edək ki, Xalq artisti Yaşar Nuri 2012-ci ilin noyabrında 61 yaşında vəfat edib.

Yaşar Nuri iki qız atası idi. Ülviyyə onun böyük qızı olub. Digər qızı Ülkər müğənnidir.

# 283 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər