Elçin Hüseynbəylinin kitablarının təqdimatı və imza günü keçirildi

Elçin Hüseynbəylinin kitablarının təqdimatı və imza günü keçirildi
14 noyabr 2025
# 16:15

Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış yazıçı, Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəylinin müəllifi olduğu beş kitabın təqdimatı və müəllifin imza günü keçirilib.


Kulis.az xəbər verir ki, təqdimatda müəllifin "Gültəkin xaqan", "Pərixan", "Şah Abbas" (uşaqlar və böyüklər üçün təkrar nəşr) romanlarının, "Dənizin nağılları", "Banuçiçəyin rəngli yuxuları" kitabları oxuculara təqdim olunub.

Tanınmış yazıçı və şairlər, millət vəkilləri, media nümayəndələri və oxucuların iştirak etdiyi tədbirdı çıxış edən Elçin Hüseynbəyli hər bir nəşr barədə qısa məlumat verib, əsərlərin sturukturu, mövzu və ideyasından bəhs edib.

AYB-nin sədri, Xalq yazıçısı Anar Elçin Hüseynbəylinin yaradıcılığı barədə fikirlərini ölüşüb: “Şübhəsiz, Elçin yaxşı yazıçıdır və sevindiricidir ki, o, yaradıcılıq məsələlərində olduqca mütəhərrikdir. Elçin haqqında indiyə qədər iki yazım çap olunub. Uğurlar arzu edirəm”.

AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev hazırkı kitabçılıq mənzərəsi fonunda yeni nəşrlərin ərsəyə gətirilməsinin çətinliyi, buna baxmayaraq Elçin Hüseynbəylinin böyük şövqlə yeni kitablarını çap etdirib təqdim etməsinin böyük iş olduğunu deyib: “Mən Elçini çox maraqla oxuyuram. Onun yeni kitabları və bu qədər adamın bir araya toplanması sevindirici haldır. Onun həm katibliyin işləri ilə məşğul olması, həm də yazı prosesi ilə mütəmadi məşğul olması təqdirəlayiqdir”.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cərərov Elçin Hüseynbəylinin yazıçı kimi xüsusiyyətlərindən, əsərlərinin ümumi məziyyətlərindən, vaxtilə qələmə aldığı romanların üstün cəhətlərindən söhbət açıb: “Elçin Hüseynbəyli tarixi romanlarda detallarla məharətlə işləməyi bacarır. O yazıçı təxəyyülünün vəhdəti ilə təqdim etdiyi faktların üzərində dayanmağı bacarır. Və bununla da mətnin inandırıcılıq gücünü artırır”.

Millət vəkilləri Hikmət Babaoğlu və Ceyhun Məmmədov müəllifin son çapdan çıxmış “Gültəkin xaqan” romanı barədə fikirlərini bölüşüblər, Türk dövlətlərinin həmrəyliyinə bədii çağırış, turançılıq ideologiyasının təbliği baxımından bu romanı əlamətdar mətn hesab ediblər.

Professor Telman Vəlixanlı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir və digər qələm adamları Elçin Hüseynbəylinin əsərlərinin bədii məziyyətləri barədə söhbət açıblar.

Qeyd edək ki, yazıçı sonda kitablarını oxucular üçün imzalayıb.

# 843 dəfə oxunub

Oxşar xəbərlər

Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur, araşdırma aparılır

Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur, araşdırma aparılır

15:55 23 fevral 2026
Hitleri qəzəbləndirən dahi - Nasistlərin qadağan etdiyi yazıçı onlara necə ssenari yazdı?

Hitleri qəzəbləndirən dahi - Nasistlərin qadağan etdiyi yazıçı onlara necə ssenari yazdı?

15:00 23 fevral 2026
İncəsənət əsərlərinə görə əlavə dəyər vergisi alınmayacaq

İncəsənət əsərlərinə görə əlavə dəyər vergisi alınmayacaq

14:56 23 fevral 2026
Saleh Bağırov:  "Əxlaqsızlığı təbliğ etməkdə məqsədiniz nədir?"

Saleh Bağırov: "Əxlaqsızlığı təbliğ etməkdə məqsədiniz nədir?"

14:32 23 fevral 2026
“Simurq quşu”  tamaşası nümayiş olunacaq

“Simurq quşu” tamaşası nümayiş olunacaq

13:54 23 fevral 2026
MEMİM “Sənət dialoqu”  adlı yeni layihəyə başlayır

MEMİM “Sənət dialoqu” adlı yeni layihəyə başlayır

13:42 23 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər