“İrəvan xanlığının bölgə mətbəxi” kitabının ingiliscə nəşri təqdim olunub

“İrəvan xanlığının bölgə mətbəxi” kitabının ingiliscə nəşri təqdim olunub
15 noyabr 2025
# 10:00

Bakı Kitab Mərkəzində “İrəvan xanlığının bölgə mətbəxi” kitabının ingilis dilinə tərcümə olunan yeni nəşrinin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə kitab haqqında videoçarx nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı kitabın əhəmiyyətini yüksək qiymətləndirib.

“Bu nəşr nəfis tərtibatlıdır və böyük mədəni əhəmiyyət daşıyır. İngilis dilində çap olunması Azərbaycan mətbəxinin dünyada təbliği baxımından çox önəmlidir”, - deyə o əlavə edib.

Müəlliflərdən biri, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) baş direktoru Tahir Əmiraslanov qeyd edib ki, İrəvan bölgəsinin mətbəxini bərpa etmək üçün geniş tədqiqat apardıq, 413 yemək reseptini toplayıb elmi əsaslarla təqdim etdik.

Kitabın ilk dəfə 2020-ci ildə Azərbaycan dilində nəşr olunduğunu diqqətə çatdıran Tahir Əmiraslanov deyib: “Aparılan tədqiqatlar nəticəsində İrəvan bölgəsinin kulinariya irsi sistemləşdirilib. Bu məqsədlə 1500 nəfərlə müsahibələr aparılıb, çoxsaylı tarixi və etnoqrafik mənbələr araşdırılıb, 413 yemək resepti toplanaraq elmi təhlildən keçirilib. Kitab 2021-ci ildə İsveçrədə Alfred Nobel Mükafatı Ev Muzeyinə daxil edilib və Parisdə “Dünya Kulinariya Kitabları Mükafatı” tərəfindən “Dünyanın ən yaxşı regional mətbəxi” adına layiq görülüb. 2024-cü ildə isə əsər “Dünya İslam Kulinariya Birliyi” və TÜRKSOY tərəfindən mədəni irsin qorunmasına verdiyi töhfəyə görə mükafatlandırılıb”.

Mətnin ingilis dilinə tərcümə edən filologiya elmləri doktoru, BDU-nun Xarici dillər kafedrasının müdiri Bəylər Hacıyev bu işin çətin və məsuliyyətli proses olduğunu vurğulayıb. “Hər sözün, hər ifadənin dəqiq qarşılığını tapmaq çox önəmli idi. İngilis dilində nəşr bizim mətbəxin beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verəcək”, - deyə B.Hacıyev əlavə edib.

Müəlliflərdən biri, AMKA-nın fəxri üzvü Oruc Əliyev kitabın elmi əhəmiyyətindən danışıb. “Bu tədqiqat illərlə toplanmış zəhmətin nəticəsidir. İrəvan mətbəxi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir və onun dünyaya tanıdılması çox vacibdir”.

Digər çıxışçılar kitabın hazırlanma prosesi, tədqiqatın elmi əhəmiyyəti və əsərin beynəlxalq uğurları barədə məlumat veriblər.

Kitabın növbəti müəllifi, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır. Kitabın “Ön söz” müəllifi nəşrin elmi redaktoru, AMEA-nın Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Maisə Rəhimova, rəyçi tarix elmləri üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Tahir Şahbazovdur.

Qeyd edək ki, kitab nəşrə AMKA-nın Elmi şurası tərəfindən məsləhət görülüb.

# 107 dəfə oxunub

Oxşar xəbərlər

Daşkənddə "Tağıyev: Neft" bədii filminin nümayişi keçirilib

Daşkənddə "Tağıyev: Neft" bədii filminin nümayişi keçirilib

11:00 15 noyabr 2025
“O barədə mənim işim yaşdır..." - Üzeyir bəy Sarabskiyə məktubunda nə yazırdı?

“O barədə mənim işim yaşdır..." - Üzeyir bəy Sarabskiyə məktubunda nə yazırdı?

10:00 15 noyabr 2025
İncəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq

İncəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq

17:30 14 noyabr 2025
Müğənnilər narahat olmalıdırmı? - Süni intellektin yaratdığı mahnı “Billboard” zirvəsində

Müğənnilər narahat olmalıdırmı? - Süni intellektin yaratdığı mahnı “Billboard” zirvəsində

17:20 14 noyabr 2025
Katibə işlədi, əsərləri 100-dən çox dilə tərcümə edildi - Uşaqların sevimli yazıçısı

Katibə işlədi, əsərləri 100-dən çox dilə tərcümə edildi - Uşaqların sevimli yazıçısı

17:10 14 noyabr 2025
Azadlıq qışqıranların işi deyil... - Təbiətlə danışan şair

Azadlıq qışqıranların işi deyil... - Təbiətlə danışan şair

17:05 14 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər