“Vətən müharibəsinin tarixi. Şəxsiyyət faktoru” Londonda təqdim edildi

“Vətən müharibəsinin tarixi. Şəxsiyyət faktoru”  Londonda təqdim edildi
14 noyabr 2025
# 10:05

Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Vətən müharibəsindəki Şanlı Qələbənin 5 illiyi münasibəti ilə “Zəfər salnaməsi” adlı möhtəşəm tədbir təşkil olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitunun birgə layihəsi olan “The History of the Patriotic War: Personality Factor” (“Vətən müharibəsinin tarixi. Şəxsiyyət faktoru”) adlı kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilib.

Qeyd edilib ki, artıq 10 dildə nəşr edilən bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq birinci Qarabağ müharibəsindən başlayaraq 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı ilk illərdəki bərpa-quruculuq, azad edilən torpaqlara qayıdışla bağlı mərhələləri əhatə edir. Nəşrdə 44 günlük Vətən müharibəsinin xronikası, şəhidlərin qəhrəmanlığı və Qələbənin siyasi-hərbi aspektləri geniş şəkildə işıqlandırılıb.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev, Türkiyənin bu ölkədəki səfiri Koray Ertaş, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət faktoru amilini bir daha sübut edir.

Sonda tədbir bədii hissə ilə başa çatıb. Tanınmış ifaçılar Rasim Fərziyev və ansamblı, Emiliya Yaqubova, Fərhad Amiri Azərbaycan xalq və bəstəkar mahnılarını ifa ediblər.

# 1204 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər