Uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirilib

Uşaq yazıçısı Gülzar İbrahimova ilə  görüş keçirilib
17 oktyabr 2025
# 16:35

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 nömrəli Ümumi Təyinatlı İnternat Tipli Ümumtəhsil Məktəbinin şagirdlərinin iştirakı ilə uşaq yazıçısı Gülzar İbrahimova ilə ədəbi görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Gülzar İbrahimovanın uşaq ədəbiyyatına verdiyi töhfələr diqqətə çatdırılıb.

Yazıçı görüşdə uşaqlar üçün qələmə aldığı ədəbi nümunələrini təqdim edib, onların məzmununun tərbiyəvi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Görüş zamanı şagirdlər müəllifin “Su pərisi və balıqçı”, “Sirus və Virusun macəraları”, “Qızıl balığın arzusu” kimi əsərləri ilə tanış olub, bu əsərlər əsasında sual-cavab formatında müzakirələr aparıblar.

Qeyd edək ki, tədbirin məqsədi uşaqların ədəbiyyata marağını artırmaq, mütaliə vərdişlərini formalaşdırmaq və yaradıcı düşüncə bacarıqlarının inkişafına dəstək olmaqdır.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər