Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi
7 avqust 2026
# 12:49

Türkiyənin bir çox məşhur seriallarının bəstəkarı Toyqar İşıqlı musiqi dünyasının ən nüfuzlu mükafatlarından olan "Qremmi"nin münsiflər heyətinə seçilib.

Kulis.az xəbər verir ki, "Aşk-ı Memnu", "Ezel", "Dudaktan Kalbe", "Yaprak Dökümü", "Kuzey Güney", "Medcezir", "Kara Sevda", "Çukur" və "Yargı" kimi reytinqli layihələrin musiqi müəllifi olan sənətçi "Qremmi" mükafatlarını təşkil edən "Recording Academy"nin səsvermə hüququ olan üzvü statusunu qazanıb.

Dünyaca məşhur musiqiçi və prodüserlərin yer aldığı heyətə qəbul edilən Toyqar Işıqlı sevincini sosial şəbəkə hesabında bölüşərək, illərdir yalnız musiqisinə fokuslanaraq qurduğu karyerasında bu cür beynəlxalq etimadla qarşılaşmağın və ölkəsini təmsil etməyin böyük qürur mənbəyi olduğunu bildirib.

Qeyd edək ki, bəstəkarın indiyədək minlərlə əsərə imza atdığı bildirilir.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər