İtaliyanın paytaxtı Romadakı tarixi Kolizey amfiteatrının müvəqqəti olaraq fəaliyyəti dayandırılıb.
Kulis.az xəbər verir ki, qərar yeni işıqlandırma sisteminin quraşdırılması zamanı 22 yaşlı işçinin hündürlükdən yıxılaraq həlak olması səbəbindən verilib.
Andrea Moretti adlı fəhlənin ölümündən sonra məkandakı turistlər təxliyə edilib.
İtaliyanın Baş naziri Corcia Meloni baş verən iş qəzası ilə bağlı dərin kədərini ifadə edərək, gənc yaşda belə bir ölümün qəbulolunmaz olduğunu deyib.
Polis faciənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün istintaq başladb.
Qeyd edək ki, e.ə. I əsrə aid olan və hər gün təxminən 20 min turist qəbul edən amfiteatr Roma imperiyasının mühüm tarixi abidələrindən biridir.