Tanınmış teatr rejissoru vəfat etdi

Tanınmış teatr rejissoru vəfat etdi
1 avqust 2025
# 16:45

ABŞ-ın tanınmış teatr rejissoru və rəssam Robert Uilson 83 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, xəbəri onun yaratdığı "Watermill" İncəsənət Mərkəzi açıqlayıb. O, performans sənəti ilə teatr arasında körpü quran sənətçi incəsənət aləmində özünəməxsus izləyici kütləsi qazanmışdı.

Qeyd edək ki, Uilson muzeylərdə nümayiş etdirilən sənət əsərlərindən tutmuş teatrlarda nümayiş etdirilən qeyri-ənənəvi səhnə uyğunlaşdırmalarına qədər çoxşaxəli yaradıcılığa sahib idi.

# 139 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #