Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq
22 sentyabr 2026
# 16:30

Ukraynalı fotoqraf Marta Sirkonun "Immersion: Seeing Otherwise" adlı fərdi sərgisi oktyabrın 1-dən noyabrın 20-dək İstanbulun "Ruzy Gallery" məkanında nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, "212 Photography Istanbul" festivalının paralel proqramı çərçivəsində təşkil edilən bu layihə qalereyanın ilk fotosərgisi olacaq.

Sərgidə fotoqrafiya sənəti video, işıq, hərəkət və proyeksiya texnologiyaları ilə birləşdirilərək interaktiv instalyasiya şəklində təqdim olunur.

Sənətçinin yaradıcılığının mərkəzində dayanan su mövzusu İstanbulun Boğazı və dənizləri ilə vizual dialoq quraraq tamaşaçıları sadəcə baxmağa deyil, görmə aktının özünü təcrübə etməyə dəvət edir.

Qeyd edək ki, "Forbes" tərəfindən Ukrayna mədəniyyətini formalaşdıran 10 qadından biri seçilən Sirkonun əsərləri "Rijksmuseum" arxivində də yer alır.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər