"Tağıyev" filmi əslində 8 bölüm yazılıbmış.
Kulis.az xəbər verir ki, "Tağıyev" filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı qeyd edib ki, "Tağıyev" filmi əslində 8 bölüm yazılmışdı.
O, bu fikirləri "Gilavar" youtube verilişində səsləndirərək bildirib ki, əslində 8 bölüm yazılan bu filmin yalnız 4 bölümü ekranlaşdırıla bildi. Maliyyə olacağı təqdirdə digər 4 bölüm (2-ci sezon) də çəkiləcək.
Zaur Qasımlı həmçinin deyib ki, 3-cü bölümdə Tağıyevin həyatından çox maraqlı faktlar, o cümlədən baş qəhrəman Sona xanım, Tağıyevin oğlu ilə mübahisəsi və Qızlar Gimnaziyasının açılması kimi mövzular yer alacaq.
15 yaşlı Sona xanımla ikinci evlilik həyatı quran Hacı Zeynalabdin Tağıyev həm də oğlu ilə bacanaq olub.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan bu filmin 2 bölümü "Tağıyev: Neft" və "Tağıyev: Çar" artıq kinoteatrlarda nümayiş etdirilib.