Tacikistanın Xalq artisti vəfat etdi

Tacikistanın Xalq artisti vəfat etdi
17 may 2023
# 09:19

Tacikistanın Xalq artisti Şavkat Xəlilov 66 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Tacikistan adına Dövlət Akademik Opera və Balet Teatrından məlumat verilib.

Tacikistan Mədəniyyət Nazirliyinin nümayəndələri sənətçinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Şavkat Xəlilov 1956-cı il dekabrın 26-da anadan olub. O, iki yaradıcı universitetin - Tacikistan Dövlət İncəsənət İnstitutunun, Leninqrad Dövlət Musiqi İnstitutunun məzunu olub.

Xəlilov aktyorluq fəaliyyətinə Akademik Dram Teatrında başlayıb. Həmin teatrda 1985-ci ilə qədər rejissor işləyib. 1985-1989-cu illərdə Kurqan-Tube Musiqili Dram Teatrında, 1989-1995-ci illərdə - Xucənd adına Musiqili Komediya Teatrında, 1995-1997-ci illərdə - Səmərqənd Musiqili Dram Teatrında, ömrünün son illərində isə S.Aini adına Dövlət Opera və Balet Teatrında çalışıb.

# 865 dəfə oxunub

Müəllifin son yazıları

# # #