“Netflix” məşhur Sindirella nağılını tamamilə fərqli baxış bucağından təqdim edən yeni animasiya filmi hazırlayıb.
Kulis.az xəbər verir ki, “Steps” adlı musiqili animasiya noyabrın 20-də platformada yayımlanacaq.
Əsər hadisələri Sindirellanın yox, ənənəvi nağılda mənfi personajlar kimi təqdim edilən ögey bacıların nöqteyi-nəzərindən danışır.
Filmdə anlaşılmayan və haqsız yerə pis obraz kimi tanınan bacılardan biri Ali Vonq tərəfindən səsləndirilir. Sindirellanın obrazını Amanda Seyfrid canlandırır. Səs aktyorları arasında Daniel Redkliff, Bette Midler və Piter Dinkleyc də var. Layihə klassik nağılın qəhrəmanlarını yenidən qiymətləndirməklə yanaşı, uşaqlıqdan tanıdığımız hekayədə hadisələrin başqa tərəfdən necə görünə biləcəyini göstərir.