Sevgimin duet iddiası yalan çıxdı – Mahsun Kırmızıgülün menecerindən açıqlama

Sevgimin duet iddiası yalan çıxdı – Mahsun Kırmızıgülün menecerindən açıqlama
31 yanvar 2026
# 15:55

Müğənni Sevgim bir verilişdə Mahsun Kırmızıgüllə duet oxuyacağını və bunun qarşılığında sənətçiyə 200 min dollar ödəyəcəyini iddia edib.

Kulis.az xəbər verir ki, Lent.az məsələni dəqiqləşdirmək üçün Mahsun Kırmızıgülün meneceri Necmi Gündüzlə əlaqə saxlayıb. Menecer bildirib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

“Bu, böyük bir yalandır. Nəinki 200 min dollar ödəmək, ümumiyyətlə həmin müğənninin Mahsun Kırmızıgüllə duet oxuyacağı barədə deyilənlər də həqiqətə uyğun deyil”.

Menecerin sözlərinə görə, bu mövzuda hər hansı razılaşma və ya plan mövcud deyil.

Qeyd edək ki, müğənni Sevgim bu "duetin" həyatında olan bəyin ona hədiyyəsi olduğunu bildirib.

# 139 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər