Sənət dünyasında mübahisə - Heykəl yonan robotlarla bağlı

Sənət dünyasında mübahisə - Heykəl yonan robotlarla bağlı
24 sentyabr 2026
# 14:30

Məşhur Karara mərmər emalatxanalarında əsrlərdir davam edən ənənəvi heykəltəraşlıq sənəti robot texnologiyaları və süni intellektin inteqrasiyası ilə böyük transformasiya dövrünə qədəm qoyub.

Kulis.az xəbər verir ki, "LITIX" və "ROBOTOR" şirkətləri tərəfindən hazırlanan proqramda robotlar 3D rəqəmsal modellər əsasında mərmər bloklardan mürəkkəb heykəllər yonur.

Şirkətin təsisçisi Cokomo Massarinin sözlərinə görə, robotlar yonma prosesinin 99 faizini icra edərək ağır fiziki əməyi azaldır, sənətkarlara isə yalnız son incə detalları tamamlamaq qalır.

Məsələyə münasibət bildirən "Alqoritmik heykəltəraşlıq" cərəyanının nümayəndələrindən rəssam Devid Kuayola robotu müstəqil yaradıcı deyil, öz sənət jestinin davamı kimi gördüyünü deyib.

Qeyd edək ki, texnologiyanın sürətli inkişafı sənət dünyasında "maşının işi harada bitir, rəssamın yaradıcılığı harada başlayır?" sualı ətrafında mübahisələrə yol açıb.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər