"Sarayevo" Film Festivalının fəxri mükafatı kimə veriləcək?

"Sarayevo" Film Festivalının fəxri mükafatı kimə veriləcək?
5 avqust 2025
# 13:40

Bu il 31-ci dəfə keçiriləcək "Sarayevo" film festivalı 15–22 avqust tarixlərində Bosniya və Herseqovinanın paytaxtında baş tutacaq.

Kulis.az xəbər verir ki, festival çərçivəsində dünyaca məşhur aktyor Villem Dafoye “Sarayevonun qəlbi” Fəxri Mükafatına layiq görüləcək.

Aktyor festivalda sənətə dair təcrübələrini bölüşəcəyi seminar da keçirəcək.

Qeyd edək ki, dörd dəfə “Oskar” mükafatına namizəd olan Dafoye, karyerası ərzində 150-dən çox layihədə rol alıb.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər