Şahzadə Diananın “Qisas libası” hərraca çıxarılır

Şahzadə Diananın “Qisas libası” hərraca çıxarılır
11 sentyabr 2026
# 14:30

Uels şahzadəsi Diananın şahzadə Çarlzın televiziyadakı xəyanət etirafından sonra geyindiyi və moda tarixinə "Qisas libası" kimi düşən ikonik qara geyimi hərraca çıxarılır.

Kulis.az xəbər verir ki, dizayner Kristina Stamboliana aid olan çiyinləri açıq libas dekabr ayında "Sotheby’s" hərrac evi tərəfindən 150 min - 300 min dollar dəyərində satışa təqdim olunacaq.

İlk olaraq sentyabrın 18-də Londonda nümayiş etdiriləcək geyim, daha sonra Honkonq, Cenevrə və Nyu-Yorkda sərgilənəcək.

Hərracdan əldə olunacaq gəlirin bir hissəsi Şotlandiyadakı Kraliça Edinburq Xəstəxanasının xeyriyyə fonduna bağışlanacaq.

Moda ekspertləri 1994-cü ildə Serpentine Qalereyasındakı tədbirdə geyinilən bu libası şahzadənin özünəinam və qətiyyət simvolu kimi qiymətləndirirlər.

# 63 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər