Rusiyalı aktyor vəfat etdi

Rusiyalı aktyor vəfat etdi
11 yanvar 2023
# 13:20

Rusiyalı aktyor Qriqori Zubarev 85 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, aktyorun ölüm səbəbi hələ məlum deyil.

Tomsk Dram Teatrının rəsmi saytında aktyorla bağlı paylaşımda qeyd edilib: “Qriqori Zubarevin fəal həyat tərzi və danılmaz müsbət keyfiyyətləri var idi. O, ömrünün son günlərinə qədər teatr həyatında iştirak etdi, səhnədə oynadı/ Zubarev təkcə Tomsk dramının aktyoru deyildi, həm də səyyar tamaşaların təşkilinə kömək edirdii".

Qeyd edək ki, sənətçi ilə vida mərasimi yanvarın 12-də Tomskda baş tutacaq .

# 834 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #