Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar
13 noyabr 2026
# 15:35

Külli miqdarda dələduzluqda ittihamı edilən, mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində qərar qəbul olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onlar barəsindı seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfibdən verilən təqdimata baxılıb.

Məhkəmənin qərarına əsasən, hər iki şəxs barəsində həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər külli miqdarda dələduzluq etməkdə ittiham edilir. Onlar ötən ay məhkımənin qərarı ilə həbs edilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

# 453 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər