“Qremmi”də tarixi nəticə - RAYE Beyonsenin rekordunu təkrarladı

“Qremmi”də tarixi nəticə - RAYE Beyonsenin rekordunu təkrarladı
17 noyabr 2026
# 10:38

2027-ci il “Qremmi” mükafatının namizədləri açıqlanıb və builki siyahının əsas qəhrəmanı britaniyalı müğənni RAYE olub.

Kulis.az xəbər verir ki, sənətçi 11 nominasiya qazanaraq bir il ərzində qadın ifaçılar arasında ən çox nominasiya əldə etmək rekordunu Beyonsenin nəticəsi ilə bölüşüb.

RAYE ilk dəfə “İlin albomu”, “İlin mahnısı” və “İlin səsyazması” kateqoriyalarında da mübarizə aparacaq.

İkinci yerdə doqquz nominasiya ilə Rozaliya qərarlaşıb. Oliviya Rodriqo, Fibi Bridcers, Ella Lenqli və Miranda Lambertin hər biri yeddi nominasiya əldə edib. Bruno Mars, Leon Tomas və Oliviya Din isə altı kateqoriyada namizəd göstəriliblər.

Beyonsenin karyerası ərzində qazandığı ümumi nominasiya sayı 100-ə çatıb.

69-cu “Qremmi” mərasimi 2027-ci il fevralın 7-də Los-Ancelesdə keçiriləcək.

# 49 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər